CV-nizi niyə qəbul etmillər?

09.11.2016

CV-də işlətdiyi bir neçə frazaya görə maraqlı namizədi rədd etmək işəgötürənin aglına çətin ki, gəlsin. Yaxşısı budur özünüzə çətinlik yaratmayın: təəssürat yaratmaq üçün sizin ikinci şansiniz olmayacaq. Biz qərara gəldik ki, ünsiyyətcilliyi və stresədözümlülüyü sizin xeyrinizə işlətməyin yollarını araşdıraq.




  • Belə stresədözümlü olmayın

Bu gün namizədin şəxsi keyfiyyətlərinə daha çox diqqət yetirirlər: işəgötürənlər kolleqaları ilə yola gedən, korporativ dəyərləri bölüşən və işə maraqlı olanları axtarırlar. Şirkətdə abstrakt adam axtarmadıqları nə qədər aydın görünsə də, müəyyən şəxsi keyfiyyətlərə malik insanı təsvir etmək də bir o qədər çətindir. Ünsiyyətcillik, stresədözümlülük, komandada işləmək bacarığı, aktiv həyat tərzi – şablon yığınıdır, işəgötürən isə vakansiyada bu keyfiyyətləri tələb edir? Onları sübutlarla təsdiqləməyə cəhd edin: belə ki, işəgötürənin başında abstrakt qəhrəman maraqlı tarixçəsi olan təcrübəli adama çevrilir.

  • “Ünsiyyətcil: 2 il gecə klubunda barmen işlədim”
  • “Stresədözümlü: məndən əvvəl üç əməkdaşı göz yaşları tökməyə vadar edən müştəri ilə iki həftəyə iş birliyi qurdum”.
  • “Dəqiqlik: işə gecikməyə görə pul cəriməsi tətbiq edən şirkətdə 3 il işlədim”.

Standart fraza yığımını çox təkrarlamayın, sinonimlərdən istifadə edin. Ünsiyyətcilliyi ozünə guvənlə, stresədözümlülüyü isə çətinlikləri aradan qaldırmaq bacarığı ilə asanlıqla əvəz etmək olar. CV-də açiq xoş təbəssümünüz olan fotonuzu yerləşdirsəniz aktiv həyat tərziniz həmən diqqət cəlb edəcək. Keçdiyiniz kurslar haqqinda sertifikatlar siyahısı təhsilə sevginizin göstəricisidir.



  • Vərdişləri və şəxsi keyfiyyətləri ayırd edin

Vərdişlər – iş və ya təhsil prosesində qazandığımız keyfiyyətlərdir. Şəxsi keyfiyyətlər isə – xarakterin xüsusiyyətləridir, hansı ki, qazanmaq elə də asan deyil, itirmək isə ondan da çətindir. Ona görə onların yeri "Özün haqqinda": bölməsindədir, rekruter onları elə orada da axtaracaq. Gələcək işlə birbaşa əlaqəsi olmayan şəxsi keyfiyyətlərlə CV-ni yükləməyin. Çox CV-lərdə geniş yayılmış səhv – onlar lazımsız informasiya toplusundan ibarətdir, lakin adamın nə üçün bu vakansiyaya müraciət etdiyi barədə heç bir məlumat yoxdur.


www.gojob.az saytının dəstəyi ilə. Yeni iş imkanları və vakansiyalar.