Yeni iş axtarmaq vaxtının 5 əlaməti

09.11.2016

Bu gün əmək bazarı, məvacib səviyyəsinin geniş diapazonu ilə rəngarəng vakansiyalar təklif edir. Nə qədər banal səslənsə də, pul – hər şey demək deyil. Hətta prestijli şirkətlərdə iş, sizə komfort və karyerada yüksəliş təklif etmir. 

www.Gojob.az



Əgər bu məqalədə göstərilən əlamətlərdən heç olmasa biri sizin həyatınızda varsa, siz işinizi dəyişmək haqda ciddi düşünməlisiz.



1. Sizdə həvəs çatmır


Siz sonuncu dəfə nə vaxt qarşıdakı iş günü üçün həyəcan və həvəs hissi ilə oyandığınızı xatırlamırsınız. Qarşıda geniş perspektivlər və əməkdaşlıq imkanları açmaq sevinci bu işə başladığınız uzaq keçmişdə qaldı. İş sizdə daha cox hörümçək toru assosasiyası yaradır və sizin həyatınızı xatırladır. Yeni iş axtarmaq haqda fikirləşməyə dəyər



2. Siz xoşbəxt deyilsiniz


Ola bilər ki, daha da pisi: yeni günə sadəcə sevinməmək deyil, siz hətta hər səhər özünüzü bədbəxt hiss edirsiniz. Ehtimal böyükdür ki, günahkar bütün vaxtınızı sərf etdiyiniz işinizdir. Bunda nə sizin rəhbərlik, nə də kolleqalarınız günahkar deyil. Ola bilər k,i siz nə vaxtsa kollektivdə özünüzə düzgün yer seçməmisiniz. Lakin bu o demək deyil ki, siz son günədək əzab çəkməlisiniz.

Səhvlərdən dərs çıxarın və gələcəyə baxın. Cəlbedici vakansiya tapın,  qoy yeni iş sizin üçün sevimli olsun



3. Sizin şirkət məhkumdur.


Bəzən biz var gücümüzlə çalışsaq da, vəziyyət yaxşıya doğru dəyişmir. Əgər siz ayıq şəkildə anlayırsınız ki, kompaniya dibə gedir onunla birlikdə batmağa dəyməz. Günəşin doğacagını gözləməyin – yeni iş axtarışına elə indi başlayınki, sonra CV-də mövcud olmayan iş yeri haqda məlumat göstərməli olmayasınız.



4. Kolleqalarınız tamamilə xoşunuza gəlmir


Sizin kolleqalarınız və rəisiniz həyatınızın çox hissəsini birgə keçirdiyiniz insanlardır. Əgər yuxuya, tıxaclara, maqazinlərdə gəzintilərə sərf etdiyiniz vaxtı çıxsaq demək olar ki, onlar hər zaman yanınızdadırlar. Hər halda onlar sizin məzuniyyətdən və ya bülletendən qayıdacağınız vaxtı gözləyirlər (səmimi motivlər axtarışına dalmayacağıq). Buna görə də əməkdaşları sizə xoş gəlməyən şirkətdə qalmağın mənası yoxdur.

Hətta əgər gördüyünüz iş ürəyinizcə olsa belə, kolleqalarınızla normal münasibətin olmaması, gec ya tez sizin karyeranıza mənfi təsirini göstərəcək.

Fikirləşin necə insanlarla ünsiyyətdə olmaq sizə sevinc bəxş edir. Onların işlədiyi yerə yollanın. Onda həyat daha yaxşı olacaq.



5. Sizin rəis yalnız yuxarı baxır.


Adətən rəhbər tabeliyində olanlara kifayət qədər dəstək göstərməyərək, öz yüksəlişi qayğısıyla, özündən yuxarıdakı rəhbərliyə daha çox diqqət ayırır. Belə vəziyyət nadir hal deyil. Lakin belə münasibət müsbət nəticəyə gətirib çıxarmır. Hiss edirsiniz ki, rəhbər yalnız özü üçün çalışır? Özünüzü aldatmayın – burada uğur əldə edə bilməzsiniz.



www.gojob.az saytının dəstəyi ilə. Yeni iş imkanları və vakansiyalar.