Skip to content
GoJob

Senior Generative AI Specialist

Trenders Agency MMCAI engineer job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 20, 2026
Apply before
November 19, 2026
Category
Marketing

Marketing jobs in Baku

About this job

Trenders Agency MMC is hiring an AI engineer in Baku. Full-time. Apply directly to the employer.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək
  • Məşğulluq növü: Tam ştat

Vəzifə öhdəlikləri:

  • Generative AI texnologiyalarından istifadə edərək sosial media, reklam, video və brend layihələri üçün yüksək keyfiyyətli vizual və video kontentlərin hazırlanması və prosesin idarə edilməsi;
  • Müştəri brief-ləri əsasında kreativ konsepsiyaların, vizual istiqamətlərin və AI əsaslı kontent strategiyalarının hazırlanması;
  • Gemini, Magnific AI, Higgsfield AI, Kling AI, Google AI Studio, ChatGPT və digər AI alətlərindən peşəkar səviyyədə istifadə edilməsi;
  • Mürəkkəb promptların hazırlanması, optimallaşdırılması və fərqli AI platformalarında effektiv nəticələrin əldə edilməsi;
  • AI video generation proseslərində motion prompt, camera movement, transition, scene consistency və digər texnikaların tətbiqi;
  • Hazırlanan vizual və video kontentlərin kompozisiya, rəng, işıq, realizm, detal və brend standartlarına uyğunluğuna nəzarət edilməsi;
  • AI əsaslı kontent istehsalı proseslərinin optimallaşdırılması, effektiv workflow-ların qurulması və avtomatlaşdırma imkanlarının tətbiqi;
  • Dizayn, motion, social media və project management komandaları ilə koordinasiyalı işləyərək layihələrin kreativ və texniki keyfiyyətinin təmin edilməsi;
  • Komanda üzvlərinə AI alətlərinin istifadəsi, prompt engineering və kontent keyfiyyətinin artırılması istiqamətində peşəkar dəstəyin göstərilməsi;
  • Müştəri və daxili komanda feedback-lərinin təhlil edilməsi, kontentlərin təkmilləşdirilməsi və yekun nəticələrin keyfiyyətinə cavabdehlik;
  • Yeni Generative AI texnologiyalarının, platformalarının və trendlərinin araşdırılması, test edilməsi və iş proseslərinə inteqrasiyası;
  • Layihələrin müəyyən edilmiş deadline-lara və keyfiyyət standartlarına uyğun şəkildə tamamlanmasının təmin edilməsi.

Tələblər:

  • Generative AI, AI image generation və AI video generation sahəsində minimum 3 il müvafiq praktiki təcrübə və ya güclü peşəkar portfolio;
  • Gemini, ChatGPT, Magnific AI, Higgsfield AI, Kling AI, Google AI Studio və digər AI platformaları ilə peşəkar səviyyədə işləmə bacarığı;
  • Advanced Prompt Engineering, image-to-image, text-to-image, image-to-video və text-to-video texnologiyaları üzrə dərin praktiki biliklər;
  • AI video generation proseslərində camera movement, motion control, transition, character consistency və scene composition üzrə təcrübə;
  • Kompozisiya, rəng nəzəriyyəsi, işıqlandırma, vizual estetika və dizayn prinsipləri üzrə güclü biliklər;
  • Reklam, sosial media və brend layihələri üçün kreativ konsepsiyaların hazırlanması və həyata keçirilməsi təcrübəsi;
  • AI əsaslı kontent istehsalı proseslərinin qurulması, optimallaşdırılması və avtomatlaşdırılması bacarığı;
  • Yüksək kreativ düşüncə, vizual zövq, analitik yanaşma və detallara diqqət;
  • Layihələri müstəqil idarə etmək, prioritetləri müəyyənləşdirmək və deadline-lara riayət etmək bacarığı;
  • Komandalararası effektiv kommunikasiya, problem həll etmə və qərarvermə bacarıqları;
  • Yeni AI texnologiyalarını mütəmadi izləmək və onları praktik iş proseslərinə tətbiq etmək bacarığı;
  • Rus dili biliyi mütləqdir, ingilis dili biliyi üstünlükdür;
  • Generative AI vasitəsilə hazırlanmış real layihələrdən ibarət güclü portfolio mütləqdir.

CV və portfolio-nuzu mövzu hissəsində “Senior Generative AI Specialist” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Similar jobs