Skip to content
GoJob

Anbardar

İnterkommersStorekeeper job in Baku

Salary: from 600 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 5, 2026
Apply before
December 5, 2026

Logistics, Warehouse & Procurement jobs in Baku

About this job

İnterkommers is hiring a storekeeper in Baku. Full-time, salary 600 AZN. Apply directly to the employer.

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan və anbardan çıxan materialların qəbulunu, qeydiyyatını və uçotunu aparmaq.
  • Malları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının (yer sayının), qablaşdırılmanın vəziyyətini yoxlamaq.
  • Gündəlik sifariş müraciətlərini izləmək, bilavasitə rəhbərin təsdiqi əsasında mal sifarişlərini hazırlamaq, sifariş siyahılarını məsul şəxsə imzalatdırmaq və malların təhvil-təslimini həyata keçirmək.
  • Lazımi malların daim stokda olmasına nəzarət etmək.
  • Stokda olmayan malları vaxtında bildrmək.
  • Bütün anbar əməliyyatlarını kompüter vasitəsilə sistemə daxil etmək.
  • Anbar qalıqlarını mütəmadi olaraq yoxlamaq və məlumatları yeniləmək.
  • Anbarda səliqə-sahman və düzgün yerləşdirməni təmin etmək.
  • Anbar hesabatlarını hazırlamaq.
  • Rəhbərliyin verdiyi tapşırıqları vaxtında, dəqiq və məsuliyyətlə icra etmək.

İş şəraiti:

  • İş qrafiki: 09:00–18:00
  • İş günləri: Bazar ertəsi – Şənbə
  • İstirahət günü: Bazar
  • Əməkhaqqı: 600 AZN.

Namizədə tələblər:

  • Yaş: 25–35.
  • Ali təhsil
  • Hərbi xidmətini başa vurması və ya azad olunması mütləqdir.
  • Bakı şəhərində qeydiyyatda olması mütləqdir.
  • Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi 
  • MS Excel və digər ofis proqramları ilə işləmə bacarığı.
  • Elektron uçot sistemlərində məlumatların düzgün və operativ daxil edilməsi.
  • Anbar sahəsində iş təcrübəsi üstünlükdür.
  • Diqqətlilik, məsuliyyət və operativlik.
  • Komandada işləmək bacarığı.

Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədlər öz CV formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Tərəfimizdən yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə mərhələsinə dəvət olunacaqdır

Similar jobs