Anbarlar üzrə Keyfiyyətə Nəzarət Bölmə Müdiri
OBA marketlər şəbəkəsiAnbarlar üzrə keyfiyyətə nəzarət bölmə müdiri job in Baku
Salary: No salary given
- Location
- Bakı, Xətai
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 2, 2026
- Apply before
- December 2, 2026
About this job
OBA marketlər şəbəkəsi is hiring for the role “Anbarlar üzrə Keyfiyyətə Nəzarət Bölmə Müdiri” in Baku (Khatai district). Full-time. Apply directly to the employer.
Təsvir
- Keyfiyyət və Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin tələbləri ilə bağlı daxili normativ sənədləri hazırlamaq
- Anbarlarda Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin tələblərinin tətbiq edilməsinə nəzarət etmək
- Anbarlarda aşkar edilən uyğunsuzluqların kök səbəblərinin araşdırılması və düzəldici fəaliyyətinin icrasının nəzarətdə saxlanılması
- Soyuq və donuq məhsulları daşıyan n/v -in root-lar üzrə hərəkətini və temperatur göstəricilərini izləmək və hesabatın hazırlanması.
- Daxili BLOK məhsulların hərəkətini izləmək.
- AQTA nümunələri reyslərinin izlənilməsi , AKT-rın toplanılması və hesabatların hazırlanması.
- Məhsulların anbarlar üzrə FEFO qaydalarına uyğun çıxışının nəzarətdə saxlanılması
- Anbarlar üzrə yararlılıq müddətinə az qalmış məhsulların siyahısını gündəlik olaraq üst təhbərliklə paylaşmaq
- Yararsız məhsul aşkar edildikdə aktlaşdırmaq, bloka qoyulmasını təmin etmək və birbaşa rəhbərinə, aidiyyatı əməkdaşlara dərhal məlumat vermək.
- Qəbul edilən mallara, aparılan yoxlamalara dair hesabatlar hazırlamaq.
- Anbarlar üzrə uyğunsuzluq hesabatlarına dair ümumi reyestrin hazırlanması.
- Fəaliyyətinə dair risklərin müəyyən edilməsi
- Standartın tələblərindən irəli gələn digər nəzarət formalarının və ya təlimatların hazırlanmasını təmin etmək
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
İş qrafiki: 5 gün, 09:00-18:00
Tələblər
- Təhsil: Ali (Qida mühəndisliyi, qida təhlükəsizliyi, kimya və ya əlaqəli sahələr üzrə)
- Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi sahəsində minimum 3-4 il iş təcrübəsi, rəhbər vəzifədə təcrübə üstünlükdür;
- ISO 22000, HACCP, GMP və GHP standartları üzrə biliklər;
- Keyfiyyət və Qida Təhlükəsizliyi İdarəetmə Sistemlərinin tətbiqi və idarə olunması üzrə təcrübə;
- Daxili auditlərin təşkili, uyğunsuzluqların təhlili və düzəldici tədbirlərin idarə edilməsi bacarığı;
- Anbar, logistika və məhsulların saxlanma şəraiti üzrə biliklər;
- MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik;
- Analitik düşünmə, qərarvermə və problem həll etmə bacarığı;
- Komandanı idarəetmə, iş bölgüsü və nəzarət bacarığı; Güclü ünsiyyət, liderlik və təşkilatçılıq bacarıqları.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Servislə təmin olunur
- korporativ nömrə ilə təmin olunur
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.