Aqrar bazar və tədbirlərin təşkili üzrə aparıcı mütəxəssis
Aqrar Tədarük və TəchizatAqrar bazar və tədbirlərin təşkili üzrə mütəxəssis job in Baku
Salary: No salary given
- Location
- Bakı, Nərimanov
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- September 29, 2026
- Apply before
- October 30, 2026
- Category
- Human Resources
About this job
Aqrar Tədarük və Təchizat is hiring for the role “Aqrar bazar və tədbirlərin təşkili üzrə mütəxəssis” in Baku (Narimanov district). Full-time. Apply directly to the employer.
Əgər aqrar bazarın inkişafı, aqrar bazar və tədbirlərin təşkili prosesində iştirak etmək, layihələrin həyata keçirilməsinə töhfə vermək, peşəkar komandanın bir parçası olmaq və karyera inkişafınıza yeni istiqamət vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
- Aqrar bazar, festival, sərgi və digər tədbirlərin hazırlanması və keçirilməsi prosesində iştirak etmək, tədbir planlarının hazırlanması, aidiyyəti struktur bölmələrlə koordinasiyanın həyata keçirilməsi və tədbirlərin icrasına nəzarət etmək;
- Bazarlarda iştirak edəcək fermer, istehsalçı, sahibkar və digər iştirakçıların müəyyənləşdirilməsi və cəlb olunması prosesində iştirak etmək, iştirakçılarla əlaqələrin qurulmasını və məlumatlandırılmasını təmin etmək;
- Tədbirlərin təşkilati və logistika məsələlərinin həllində iştirak etmək, məkan, stend, avadanlıq, nəqliyyat, yerləşdirmə, qidalanma və digər təşkilati məsələlər üzrə aidiyyəti şəxslərlə koordinasiya aparmaq;
- Aqrar bazarın inkişafına yönəlmiş layihə və təşəbbüslərin hazırlanması və icrasında iştirak etmək, region məhsullarının, fermerlərin və yerli istehsalçıların tanıdılması və satış imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər hazırlamaq;
- Keçirilmiş bazar və tədbirlər üzrə məlumatların toplanması, nəticələrin təhlili, hesabatların və təqdimatların hazırlanmasını həyata keçirmək, müəyyən edilmiş problemlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək.
Namizədə tələblər:
- Ali təhsil;
- Layihələrin, tədbirlərin, bazarların təşkili sahəsində 3 il iş təcrübəsi;
- Dövlət qurumlarında iş təcrübəsinin olması üstünlük hesab edilir;
- Araşdırma və analitik düşünmə qabiliyyəti;
- Operativ qərarvermə bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik;
- Stresə davamlılıq;
- Komandada işləmək və effektiv koordinasiya bacarığı;
- Ünsiyyət və təqdimat bacarığı;
- Peşəkar yanaşma və nəticəyönümlülük;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
CV-lərinizi mövzu hissəsində “Aqrar bazar və tədbirlərin təşkili üzrə aparıcı mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.