Avropada təhsil üzrə mütəxəssis
Evolead Xaricdə Təhsil ŞirkətiAvropada təhsil üzrə mütəxəssis job in Baku
Salary: No salary given
About this job
Evolead Xaricdə Təhsil Şirkəti is hiring for the role “Avropada təhsil üzrə mütəxəssis” in Baku. Full-time. Apply directly to the employer.
Evolead Xaricdə Təhsil Şirkəti Avropa ölkələri üzrə xaricdə təhsil sahəsində təcrübəli və peşəkar mütəxəssis axtarışındadır.
Vakansiya haqqında
- Avropa ölkələrinin ali təhsil sistemləri və universitetlərə qəbul prosedurları haqqında bilik.
- Avropa universitetlərini sıfırdan araşdırmaq, qəbul şərtlərini, təhsil haqlarını və təqaüd imkanlarını təhlil etmək.
- Yeni universitetlər tapmaq və universitetlərlə əməkdaşlıq əlaqələri qurmaq.
- Universitet nümayəndələri ilə ingilis dilində onlayn və əyani görüşlər (meetinglər) təşkil etmək və danışıqlar aparmaq.
- Universitetlərlə partnyorluq müqavilələrinin bağlanması prosesini idarə etmək.
- Güclü satış və müştəriyönümlü ünsiyyət bacarıqlarına sahib olmaq.
- Tələbələrə uyğun universitet və proqramları müəyyənləşdirmək, müraciətləri satışa çevirmək.
- İngilis dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.(Mütləqdir)
- Avropa üzrə Xaricdə təhsil sahəsində iş təcrübəsi üstünlükdür.
İş şəraiti
- İş qrafiki: Həftədə 6 gün
- İş saatları: 10:00–19:00
- İş yeri: Bakı şəhəri, Nizami metrosu
- Əməkhaqqı: Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən edilir. Bonus sistemi mövcuddur. Hər uğurlu satış üzrə əlavə bonus
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.