Skip to content
GoJob

Bazar Araşdırması üzrə Mütəxəssis

SuperfonBazar araşdırması üzrə mütəxəssis job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
September 30, 2026
Apply before
October 30, 2026
Category
Marketing

Marketing jobs in Baku

About this job

Superfon is hiring for the role “Bazar Araşdırması üzrə Mütəxəssis” in Baku. Full-time. Apply directly to the employer.

Namizədə dair tələblər:

  • Ali təhsil: marketinq, iqtisadiyyat, biznes, sosiologiya və ya əlaqəli sahə.
  • Bazar araşdırması, sahə monitorinqi, satış və ya ticari marketinq üzrə minimum 1 il uyğun təcrübə.
  • Sorğu və müsahibə aparmaq, sahədə məlumat toplamaq və nəticələri sistemləşdirmək bacarığı.
  • Rəqib, qiymət və məhsul çeşidi müqayisəsi aparmaq bacarığı.
  • Excel-də cədvəl, filtr, çeşidləmə və əsas formulalarla işləmək bacarığı.
  • Məlumatın mənbəsini yoxlamaq, faktla müşahidəni ayırmaq və qısa hesabat hazırlamaq bacarığı.
  • Ünsiyyət bacarığı, detallara diqqət və müstəqil sahə işi aparmaq bacarığı.
  • Bakı üzrə sahə ziyarətlərinə və regionlara ezamiyyətlərə hazırlıq.
  • Azərbaycan dili sərbəst.

Vəzifələr:

  • Bakı və regionlarda bazar, rəqiblər, qiymətlər, məhsul çeşidi və kampaniyalar üzrə məlumat toplamaq.
  • Mağaza və usta nöqtələrinə sahə ziyarətləri etmək, sorğu və müsahibələr aparmaq.
  • Satış nöqtələrinin ünvanı, tipi, kateqoriyaları və təchizatçıları üzrə bazar xəritəsini hazırlamaq və yeniləmək.
  • Rəqib qiymətlərini məhsul xüsusiyyətləri, kampaniya və ödəniş şərtlərini nəzərə alaraq müqayisə etmək.
  • Region və kanallar üzrə əhatə boşluqlarını, potensial yeni müştəriləri müəyyənləşdirmək.
  • Pərakəndəçilərin və ustaların məhsul, xidmət və alış şərtləri üzrə ehtiyaclarını araşdırmaq.
  • Bazar məlumatlarını mənbə və tarixlə qeyd etmək, düzgünlüyünü yoxlamaq və vahid bazada saxlamaq.
  • Rəqib fəaliyyətləri və bazar dəyişiklikləri üzrə dövri hesabatlar hazırlamaq.
  • Araşdırma nəticələrindən satış və ticari marketinq üçün praktiki təkliflər çıxarmaq.
  • Üstünlük veriləcək:
  •  
  • Mobil telefon aksesuarları, ehtiyat hissələri, istehlak elektronikası və ya FMCG sahəsində təcrübə.
  • B2B müştərilər, mağazalar və ustalarla iş təcrübəsi.
  • Satış nöqtələrinin xəritələnməsi və rəqib monitorinqi üzrə təcrübə.
  • Rəqəmsal sorğu və xəritə alətlərindən istifadə təcrübəsi.
  • Rus və ya ingilis dili biliyi.
  • Sürücülük vəsiqəsi və şəxsi avtomobil.

Şirkət tərəfindən:

  • Peşəkar inkişaf və öyrənmə imkanı;
  • Karyera yüksəlişi;
  • Peşəkar və dinamik iş mühiti;
  • Əmək müqaviləsi;

İş şəraiti

  • İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan
  • İş rejimi: Tam iş günü
  • Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at Superfon

Jobs at Superfon