Skip to content
GoJob

Biznes analitika üzrə menecer

Abşeron Logistika MərkəziBiznes analitika üzrə menecer job in Baku

Salary: No salary given

Work mode
On-site
Employment type
Full time
Posted
October 16, 2026
Apply before
November 15, 2026

Information Technology jobs in Baku

About this job

Abşeron Logistika Mərkəzi is hiring for the role “Biznes analitika üzrə menecer” in Baku (Garadagh district). Full-time. Apply directly to the employer.

“Abşeron Logistika” MMC “Biznes analitika üzrə menecer” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Makroiqtisadi göstəricilərin, bazar tendensiyalarının və hədəf regionların biznes mühitinin təhlili;
  • Hədəf biznes sahəsi üzrə inkişaf perspektivlərinin, rəqabət mühitinin və biznes imkanlarının qiymətləndirilməsi;
  • Hədəf biznes sahənin texniki göstəricilərinin, funksionallığının, əməliyyat axışlarının təhlili;
  • Biznes planların, inkişaf strategiyalarının və əsas fəaliyyət göstəricilərinin hazırlanması;
  • Müştəri tələblərinin təhlili və müvafiq sənədlər paketinin, kommersiya təkliflərinin hazırlanması;
  • Müştərilərlə işgüzar kommunikasiyanın aparılması, təkliflərin təqdim edilməsi və müqavilə şərtlərinin razılaşdırılması.

Namizədə qarşı tələblər:

  • İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək;
  • MS Office proqramları (xüsusilə Excel) ilə yüksək səviyyədə işləmək bacarığı;
  • Biznes proseslərinin modelləşdirilməsi üzrə təcrübə.

Peşəkar tələblər:

  • Analitik düşünmə və məlumatlarla işləmə bacarığı;
  • Problem həlletmə və praktik qərarvermə bacarığı;
  • Dəqiqlik və məsuliyyətlilik;
  • Prosesləri izləmə və nəticəyə nəzarət etmə bacarığı;
  • Müştərilərlə işgüzar danışıqların aparılması və kommunikasiya bacarıqlar.

Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ karyera portalı üzərindən və ya CV formalarını Müraciət et düyməsində qeyd olunan formu doldurub göndərməklə müraciət edə bilərlər. 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes analitika üzrə menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

More jobs at Abşeron Logistika Mərkəzi

Jobs at Abşeron Logistika Mərkəzi