Skip to content
GoJob

Biznesin inkişafı üzrə mütəxəssis (Polşa üzrə)

Vesta MMCBusiness development manager job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 22, 2026
Apply before
November 21, 2026
Category
Sales

Sales jobs in Baku

About this job

Vesta MMC is hiring a business development manager in Baku. Full-time. Apply directly to the employer.

Vesta Consulting MMC Biznesin inkişafı üzrə mütəxəssis vakansiyasını elan edir.

Sizə məlumat vermək istərdik ki, Vesta Consulting komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Namizədə dair tələblər:

  • Biznesin inkişafı, satış, korporativ müştərilərlə iş və ya biznes tərəfdaşlıqları sahəsində    müvafiq iş təcrübəsi
  • Biznes prosesləri, satış prinsipləri və bazar dinamikası haqqında anlayış
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
  • Analitik düşünmə, strateji yanaşma və biznes imkanlarını qiymətləndirmək qabiliyyəti
  • Müştəriyönümlülük, təşəbbüskarlıq və nəticəyönümlülük
  • Kommersiya təklifləri, fəaliyyət planları və hesabatlar hazırlamaq bacarığı
  • MS Office proqramları, xüsusilə Excel və PowerPoint ilə işləmək bacarığı
  • Komanda ilə işləmək və müstəqil qərarlar qəbul etmək qabiliyyəti
  • Korporativ satış və B2B əməkdaşlıqları sahəsində təcrübə
  • CRM sistemləri ilə işləmək bacarığı
  • Müqavilələrin hazırlanması, kommersiya danışıqları və yeni bazarların inkişafı üzrə təcrübə  
  • Azərbaycan/ingilis /rus /polyak dillərində yüksək ünsiyyət bacarığı

Vəzifə öhdəlikləri:

  • Yeni biznes imkanlarını, potensial müştəriləri və strateji tərəfdaşları müəyyənləşdirmək
  • Bazar araşdırmaları aparmaq, rəqibləri təhlil etmək və inkişaf perspektivlərini qiymətləndirmək
  • Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmək
  • Potensial müştərilər və biznes tərəfdaşları ilə görüşlər, təqdimatlar və kommersiya danışıqları aparmaq
  • Kommersiya təkliflərinin hazırlanması və müqavilələrin razılaşdırılması prosesində iştirak etmək
  • Şirkətin gəlirlərinin və bazar payının artırılması üçün yeni strategiyalar və təşəbbüslər irəli sürmək
  • Yeni bazarlara, müştəri seqmentlərinə və satış kanallarına çıxış imkanlarını araşdırmaq
  • Digər şirkətlərlə qarşılıqlı faydalı əməkdaşlıqlar qurmaq və inkişaf etdirmək
  • Biznes inkişafı üzrə fəaliyyət planları hazırlamaq, müəyyən edilmiş hədəflərin icrasını izləmək
  • Fəaliyyət nəticələrini təhlil etmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək
  • Şirkətin digər struktur bölmələri ilə koordinasiyalı şəkildə çalışmaq

Əlavə məlumat

  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00
  • Ünvan – Demirçi plaza 

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “ Biznesin inkişafı üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

More jobs at Vesta MMC

Jobs at Vesta MMC