Biznesin İnkişafı üzrə Menecer
StudyLabBusiness development manager job in Baku
Salary: No salary given
About this job
StudyLab is hiring a business development manager in Baku. Full-time. Apply directly to the employer.
StudyLab yeni təhsil istiqamətlərinin inkişafı, beynəlxalq layihələrin həyata keçirilməsi və strateji tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün təşəbbüskar, yaradıcı və nəticəyönümlü mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri
- Xarici universitetlər, beynəlxalq məktəblər və təhsil təşkilatları ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi.
- Yeni biznes imkanlarının araşdırılması, təhsil xidmətlərinin və məhsullarının hazırlanması, yeni fəaliyyət istiqamətlərinin yaradılması.
- Yeni müştəri seqmentlərini, xidmət istiqamətlərini və gəlir imkanlarını müəyyənləşdirmək.
- IELTS, TOEFL, SAT, CSCA və digər beynəlxalq imtahanlara hazırlıq xidmətləri üzrə yeni müştəri və tərəfdaş kanalları yaratmaq.
- Əməkdaşlıq təkliflərini, tərəfdaşlıq modellərini və biznes şərtlərini hazırlamaq.
- Beynəlxalq imtahanlara və olimpiadalara hazırlıq, məktəblilərin inkişaf proqramları və mövsümi xarici təhsil səfərləri daxil olmaqla, yeni təhsil məhsullarının müstəqil şəkildə hazırlanması və həyata keçirilməsi.
- Xaricdə yay və qış məktəblərinin, akademik səfərlərin, beynəlxalq düşərgələrin və qısamüddətli təhsil proqramlarının təşkili.
- Beynəlxalq olimpiadaların, akademik yarışların və müsabiqələrin təşkilatçıları ilə əməkdaşlıq əlaqələrinin qurulması.
- İnformasiya texnologiyaları məktəbləri, elm və texnologiya mərkəzləri və gənclər təşkilatları ilə birgə layihələrin hazırlanması.
- 9–10-cu siniflərdən başlayaraq şagirdlərin akademik və dərsdənkənar fəaliyyətlərinin inkişafına yönəlmiş proqramların hazırlanması: könüllülük, liderlik, tədqiqat, sosial və texnoloji layihələr.
Namizədə tələblər
- Biznesin inkişafı, strateji tərəfdaşlıqlar və ya layihələrin idarə edilməsi sahəsində iş təcrübəsi.
- Yeni layihələrin hazırlanması və həyata keçirilməsi bacarığı.
- Güclü danışıqlar aparmaq, təqdimat etmək və işgüzar əlaqələr qurmaq bacarığı.
- Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək. İngilis dili (C1 səviyyə).
- Strateji və yaradıcı düşüncə, təşəbbüskarlıq və müstəqil işləmək bacarığı.
- Təhsil və beynəlxalq layihələr sahəsində təcrübə üstünlük hesab olunur.
Vəzifənin əsas məqsədi
- StudyLab üçün yeni inkişaf imkanları yaratmaq, kommersiya baxımından perspektivli təhsil layihələrini həyata keçirmək və strateji tərəfdaşlıq şəbəkəsini genişləndirmək.
Maraqlanan namizədlər mövzu yerində “Biznesin İnkişafı üzrə Menecer” yazmaqla öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
- Bazar ertəsi – Cümə 10:00 -19:00 / Şənbə 10:00 - 16:00
- Ödəniş: əmək haqqı: 800-1200
- “StudyLab” Mərkəz Ofis / Ünvan: Ataturk Prospekti 39A
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar!