Skip to content
GoJob

Biznesin İnkişafı üzrə Menecer (Mebel Materialları)

Arsenal GroupBusiness development manager job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 10, 2026
Apply before
December 10, 2026

Sales & Retail jobs in Baku

About this job

Arsenal Group is hiring a business development manager in Baku. Full-time. Apply directly to the employer.

İş yeri: Bakı

İş rejimi: Tam iş günü

Mebel materialları istiqamətində biznesimizin inkişafını sürətləndirmək üçün komandamıza Biznesin İnkişafı üzrə Menecer axtarırıq.

Əsas vəzifə öhdəlikləri

  • Mebel materialları üzrə yeni biznes imkanlarını müəyyənləşdirmək və satışların inkişafını təmin etmək;
  • Potensial B2B müştəriləri araşdırmaq, yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə əməkdaşlığı genişləndirmək;
  • Müştərilərlə görüşlər və kommersiya danışıqları aparmaq, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmaq;
  • Mebel materialları bazarını, rəqibləri, qiymət tendensiyalarını və müştəri tələbatını izləmək;
  • Satış nəticələrini, müştəri portfelini və məhsul qruplarının performansını təhlil etmək, inkişaf imkanlarını müəyyənləşdirmək;
  • Məhsul çeşidinin və kommersiya təkliflərinin inkişafı üzrə əsaslandırılmış təkliflər hazırlamaq;
  • Satışların artırılması üçün fəaliyyət planları hazırlamaq və müvafiq şöbələrlə koordinasiyalı şəkildə həyata keçirmək;
  • Görülən işlər və əldə edilən nəticələr üzrə mütəmadi hesabatlar hazırlamaq.

Namizədə tələblər

  • Ali təhsil (biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və ya əlaqədar sahələr üzrə üstünlük);
  • B2B satış və ya biznesin inkişafı sahəsində minimum 3 il iş təcrübəsi;
  • Distribusiya, mebel materialları və ya tikinti materialları sektorunda təcrübə üstünlükdür;
  • Güclü kommunikasiya, təqdimat və kommersiya danışıqları aparmaq bacarığı;
  • Analitik düşünmə, satış məlumatlarını təhlil etmək və nəticələr əsasında praktik qərarlar təklif etmək bacarığı;
  • MS Excel proqramında yaxşı səviyyədə işləmək, satış hesabatları və analitik cədvəllər hazırlamaq bacarığı;
  • CRM sistemləri ilə işləmək təcrübəsi;
  • Planlaşdırma, təşkilatçılıq və müstəqil işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst ünsiyyət, rus və ingilis dili biliyi üstünlükdür.

Bizim üçün vacib olan

  • Bu vəzifədə uğurlu namizəd yalnız yeni müştərilər tapmaq və danışıqlar aparmaqla kifayətlənməməli, bazar imkanlarını düzgün qiymətləndirməyi, satış göstəricilərini təhlil etməyi və əldə etdiyi məlumatları konkret kommersiya nəticələrinə çevirməyi bacarmalıdır.
  • Biz təşəbbüskar, nəticəyönümlü, sistemli düşünən və biznesin inkişafına real töhfə verə biləcək komanda üzvü axtarırıq.

Biz nə təklif edirik?

  • Uzunmüddətli fəaliyyət təcrübəsi və güclü bazar mövqeyi olan şirkətdə çalışma imkanı;
  • Geniş məhsul portfeli və mövcud müştəri bazası ilə işləmək;
  • Yeni biznes istiqamətlərinin inkişafında fəal iştirak;
  • Peşəkar inkişaf və karyera perspektivləri;
  • Namizədin təcrübə və kompetensiyalarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı və nəticəyönümlü motivasiya sistemi.

Maraqlanan namizədlər CV-lərini “Business Development Manager – Furniture Materials” mövzusu ilə Arsenal Group-un HR komandasına Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsi ilə  göndərə bilərlər. 

Similar jobs