Skip to content
GoJob

Boya operatoru

SAMT LLCBoya operatoru job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Volunteer
Posted
November 4, 2026
Apply before
December 4, 2026

Manufacturing & Agriculture jobs in Baku

About this job

SAMT LLC is hiring for the role “Boya operatoru” in Baku. Volunteer. Apply directly to the employer.

İş yeri: Sumqayıt / Xızı

Əsas öhdəliklər:

  • Avtomatik boya xəttinin işə salınması, dayandırılması və idarə olunması;
  • Boyanacaq məmulatların konveyerə düzgün yerləşdirilməsi;
  • Avadanlığın (püskürdücü tabancalar, konveyer sistemləri, kabin ventilyasiyası və s.) işinə nəzarət edilməsi;
  • Boya miqdarının, rəngin və qat qalınlığının standartlara uyğun tənzimlənməsi;
  • Səthin əvvəlcədən hazırlanması (yağdan təmizləmə, fosfatlama, zımpara – prosesə görə);
  • Boya xəttində yaranan nasazlıqları vaxtında aşkar etmək və xətt menecerinə bildirmək;
  • İş sahəsinin və avadanlığın təmizliyinə riayət etmək;
  • Sağlamlıq, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi qaydalarına əməl etmək.

Tələblər:

  • Orta və ya texniki/peşə təhsili;
  • Boyama, örtükləmə, istehsal sahəsi və ya oxşar sahələrdə iş təcrübəsi (Avtomatik konveyerli boya xətti təcrübəsi, boya qarışdırma təcrübəsi və s. üstünlükdür) – 1 il;
  • Elektrostatik toz boya, havalı və ya havasız spreylə boya texnologiyası haqqında baza biliklər;
  • Elektrostatik püskürtmə örtük sistemləri, qurutma sobaları və səth hazırlama üsulları ilə tanışlıq;
  • Boya kabinləri, tabancaları və filtrasiya sistemləri ilə işləmə bacarığı;
  • Rəng keçidi, qat qalınlığı və səth hazırlığı haqqında ilkin biliklər;
  • Boyanın texniki göstəricilərinə uyğun iş prinsiplərini bilmək üstünlükdür;
  • Örtüklər və kimyəvi maddələrlə əlaqəli əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühitin mühafizəsi qaydaları haqqında əsas biliklər;
  • Sənaye şəraitində keyfiyyət standartlarını anlamaq;
  • İş mühitinin təhlükəsizlik və təmizlik prinsipinə riayət etmək;
  • İngilis dilində orta səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.

Şirkət tərəfindən verilən imtiyazlar:

  • Nahar;
  • Könüllü tibbi sığorta;
  • Servis nəqliyyatı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Boya operatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at SAMT LLC

Jobs at SAMT LLC