Call Center üzrə Operator
Europark MMCCall center operator job in Baku
Salary: from 500 ₼ / month
About this job
Europark MMC is hiring a call center operator in Baku. Full-time, salary 500 AZN. Apply directly to the employer.
Europark MMC” müştəri təcrübəsinin yüksəldilməsi və xidmət keyfiyyətinin davamlı inkişafı məqsədilə Call Center üzrə Operator vəzifəsinə peşəkar namizədlərin müraciətini qəbul edir.
Əsas vəzifə öhdəlikləri:
- Daxil olan zənglərin şirkətin xidmət standartlarına uyğun şəkildə cavablandırılması
- Sürücülərə xidmətlər barədə dolğun və dəqiq məlumatın təqdim edilməsi
- Sürücü müraciət, təklif və şikayətlərinin sistem üzərindən qeydiyyatı və nəzarətdə saxlanılması
- Müvafiq struktur bölmələri ilə koordinasiyalı işləyərək sorğuların operativ həllinin təmin edilməsi
- Müştəri məmnuniyyətinin və xidmət keyfiyyət göstəricilərinin qorunması
- Gündəlik və aylıq fəaliyyət hesabatlarının hazırlanması
Namizədə dair tələblər:
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı,rus dili biliyinin olması mütləqdir
- Yüksək kommunikasiya və dinləmə bacarığı
- Müştəriyönümlü yanaşma və etik davranış prinsiplərinə riayət
- MS Office proqramlarında işləmə bacarığı
- Komandada işləmək və operativ qərarvermə qabiliyyəti
- Müvafiq sahədə 1-2 il iş təcrübəsi mütləqdir
- Xanım namizədlərə üstünlük verilir
Təklif edirik:
- Rəsmi əmək müqaviləsi
- Əmək haqqı: 500-700 AZN
- İş qrafiki: 07:00-15:00
- Peşəkar inkişaf və təlim proqramları
- Stabil və korporativ iş mühiti
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.