Skip to content
GoJob

CRM analitika üzrə Bölmə Rəhbəri

OBA marketlər şəbəkəsiCRM analitika üzrə bölmə rəhbəri job in Baku

Salary: No salary given

Work mode
On-site
Employment type
Full time
Posted
October 16, 2026
Apply before
November 15, 2026

Information Technology jobs in Baku

About this job

OBA marketlər şəbəkəsi is hiring for the role “CRM analitika üzrə Bölmə Rəhbəri” in Baku (Khatai district). Full-time. Apply directly to the employer.

Təsvir

  • Məlumatların təhlili: Müştəri davranışlarını, alış-veriş vərdişlərini və həyat dövrünü (Customer Lifecycle) analiz etmək, əsaslı nəticələr çıxarmaq.
  • Seqmentasiya və hədəfləmə: Müştəri bazasını müxtəlif meyarlara görə seqmentlərə ayırmaq və marketinq komandasına hədəfli kampaniyalar üçün tövsiyələr vermək.
  • Kampaniya qiymətləndirilməsi: E-poçt, SMS, push-bildiriş və digər birbaşa marketinq kampaniyalarının effektivliyini (ROI, Conversion Rate, Retention/Churn) ölçmək və hesabatlar hazırlamaq.
  • Hesabatlılıq və idarəetmə panelləri (Dashboards): CRM üzrə əsas performans göstəricilərini (KPI) izləmək, rəhbərlik və maraqlı tərəflər üçün dövri hesabatları yaratmaq.
  • Məlumatların təmizliyi: CRM sistemindəki məlumatların düzgünlüyünü, bütövlüyünü və vaxtında yenilənməsini təmin etmək.
  • Hesabatlarının yaradılması: Kampaniyaların hesabatlarının yaradılması.

İş qrafiki: 5 günlük , 09:00-18:00

Tələblər

  • Təhsil: Ali (Riyaziyyat, Statistika, İqtisadiyyat, Analitika, Kompüter Elmləri və ya əlaqədar sahələr üzrə)
  • İş təcrübəsi: Marketinq analitikası, məlumatların təhlili və ya CRM sahəsində rəhbər vəzifədə minimum 3 il təcrübə.(Pərakəndə satış (Retail) və ya FMCG sektorunda iş təcrübəsinə üstünlük verilir.)

Texniki bacarıqlar:

  • Excel (qabaqcıl səviyyədə - düsturlar, pivot cədvəllər).
  • Power BI, və ya digər vizualizasiya alətləri ilə işləmə bacarığı.
  • Sistem bilikləri: Hər hansı CRM platforması (məsələn, Salesforce, Microsoft Dynamics, Hubspot və ya daxili CRM sistemləri) ilə tanışlıq.
  • Analitik düşüncə: Böyük həcmdə məlumatı strukturlaşdırmaq və biznes qərarları üçün təkliflərə çevirmək bacarığı.
  • Effektiv kommunikasiya bacarığı, qərarvermə və problem həll etmə bacarığı, planlaşdırma və prioritetlərin müəyyən edilməsi bacarığı

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Nəqliyyat xidməti
  • Karyera yüksəlişi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

More jobs at OBA marketlər şəbəkəsi

Jobs at OBA marketlər şəbəkəsi