Data Analitik
166 Yükdaşıma və LogistikaData analyst job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 20, 2026
- Apply before
- November 19, 2026
- Category
- Information Technology
About this job
166 Yükdaşıma və Logistika is hiring a data analyst in Baku. Full-time. Apply directly to the employer.
166 Yükdaşıma və Logistika şirkəti “Data Analitik” vakansiyası elan edir.
Tələblər:
- Təhsil: Ali;
- Təcrübə: Data analitikası sahəsində ən azı 1 il iş təcrübəsi
- Power BI: Əla səviyyədə biliklər (Power Query, DAX, data modeling, vizuallaşdırma və Dashboard dizaynı);
- SQL (MySQL): Mürəkkəb SQL sorğuları yazmaq, cədvəl strukturlarını anlamaq və məlumat bazasından performanslı şəkildə məlumat çıxarmaq bacarığı;
- Python: Data analizi və avtomatlaşdırma üçün Python bilikləri;
- Analitik düşüncə: Böyük həcmli məlumatlar daxilində qanunauyğunluqları tapmaq, detallara diqqət və nəticələri aydın vizual dildə ifadə etmək qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Şirkətin müxtəlif mənbələrdən (MySQL verilənlər bazası, Google Sheets, Excel və s.) daxil olan strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatlarının toplanması, təmizlənməsi və emalı;
- Power BI platformasında interaktiv, dinamik və biznes tələblərinə uyğun hesabatların (dashboard-ların) qurulması, DAX ölçülərinin və verilənlər modellərinin optimallaşdırılması;
- Rutin hesabatlıq və məlumatların transformasiyası (ETL) proseslərinin Python skriptləri vasitəsilə avtomatlaşdırılması;
- MySQL verilənlər bazasından mürəkkəb sorğular vasitəsilə məlumatların çəkilməsi və analizi;
- Excel və Google Sheets üzərində operativ analizlərin, maliyyə/əməliyyat modellərinin və komandalararası paylaşım cədvəllərinin hazırlanması;
- Rəhbərliyə və əlaqədar şöbələrə biznes qərarlarının qəbul edilməsində dəstək olmaq üçün məlumatlara əsaslanan analitik rəylərin və tövsiyələrin təqdim edilməsi.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
- Ünvan: Zərifə Əliyeva 55.,Yeni Həyat Plaza.
Uyğun namizədlərdən CV-lərini “Data Analitik” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.