Senior Data Engineer
Professional İT MMCData engineer job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 26, 2026
- Apply before
- November 25, 2026
- Category
- Information Technology
About this job
Professional İT MMC is hiring a data engineer in Baku. Full-time. Apply directly to the employer.
Vəzifə haqqında
- Senior Data Engineer olaraq siz AI və BI layihələrimizdə production səviyyəli ETL/ELT pipeline-larının, məlumat vitrinlərinin və Data Warehouse strukturlarının layihələndirilməsi, qurulması və optimallaşdırılmasına cavabdeh olacaqsınız. Əsas texnologiyalar: PostgreSQL, dbt, Python.
Görəcəyiniz işlər
- Production səviyyəli ETL/ELT proseslərinin hazırlanması və inkişafı.
- BI və AI həlləri üçün ümumi məlumat vitrinlərinin qurulması.
- Fakt cədvəllərinin, ölçülərin, açarların və qranulyarlığın layihələndirilməsi.
- İnkremental yükləmə və tarixi məlumatların emalı.
- Gec daxil olan məlumatların və mənbə sxemlərinin dəyişikliklərinin idarə olunması.
- Avtomatlaşdırılmış məlumat keyfiyyəti və aktuallıq yoxlamalarının hazırlanması.
- Mənbə sistemləri ilə analitik qat arasında məlumat həcmlərinin, açarların və göstəricilərin tutuşdurulması.
- PostgreSQL sorğularının, indekslərin və execution plan-ların optimallaşdırılması.
- Transformasiyaların və bərpa prosedurlarının sənədləşdirilməsi.
Sizdən Gözləntilərimiz
- Güclü SQL və PostgreSQL bilikləri.
- DBT ilə praktiki iş təcrübəsi.
- Məlumat emalı və avtomatlaşdırma üçün Python.
- Data Warehouse və ETL/ELT təcrübəsi.
- İnkremental və təkrarlana bilən data pipeline-ların qurulması təcrübəsi.
- Git və Linux bilikləri.
- JOIN nəticəsində sətirlərin çoxalması, aqreqasiya və məlumat keyfiyyəti problemlərini müəyyən etmək bacarığı.
Əlavə üstünlüklər
- MariaDB / MySQL.
- Böyük həcmli tarixi məlumatlar.
- Təhsil və ya dövlət məlumatları ilə təcrübə.
- BI üçün məlumatların hazırlanması.
- Text-to-SQL layihələri.
- Sahə üzrə beynəlxalq səviyyədə tanınan sertifikatlar
Təklif etdiyimiz
- Rəqabətli əməkhaqqı: Təcrübə və bacarıqlarınıza uyğun rəqabətqabiliyyətli əməkhaqqı və performans bonusları.
- Peşəkar inkişaf və təlimlər: Ölkənin ən iri və strateji AI/BI layihələrində çalışaraq bilik və bacarıqlarınızı artırmaq, beynəlxalq sertifikasiya proqramlarında iştirak imkanı.
- Karyera imkanları: Sürətlə böyüyən komandada liderlik və karyera yüksəlişi perspektivləri.
- Çevik iş rejimi: Rahat və balanslı iş mühiti üçün çevik iş saatları (Flexible working hours).
- Rahat iş mühiti: Müasir texnologiyalar və avadanlıqlarla təminat, peşəkar və dəstəkləyici komanda mühiti.
Əgər bu vakansiya sizin marağınızdadırsa və təcrübəniz tələblərə uyğundursa, CV-nizi mövzu hissəsində vakansiyanın adını (Senior Data Engineer) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.