3D Designer (Event & Spatial Design)
Ambiance Planning & DecorDesigner job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 26, 2026
- Apply before
- November 25, 2026
- Category
- Design & Creative
About this job
Ambiance Planning & Decor is hiring a designer in Baku. Full-time. Apply directly to the employer.
İş haqqında məlumat
- AMBIANCE Planning & Decor toy, özəl tədbirlər, korporativ tədbirlər və brend təqdimatları sahəsində fəaliyyət göstərən kreativ tədbir planlaşdırma və dekorasiya şirkətidir.
- Komandamıza kreativ düşüncəyə, estetik zövqə və 3D modelləşdirmə bacarıqlarına sahib dizayner axtarırıq.
Vəzifə öhdəlikləri
- Tədbir məkanlarının 2D və 3D formatda layihələndirilməsi;
- Səhnə, fotozona, dekorativ konstruksiyalar və digər tədbir elementlərinin dizaynı;
- Kreativ konseptlərin və fotorealistik 3D vizualların hazırlanması;
- Moodboard və konsept təqdimatlarının hazırlanmasında iştirak;
- Texniki çertyojların, ölçülərin və istehsalat üçün lazımi materialların hazırlanması;
- Layihələrin real istehsal və quraşdırma imkanlarına uyğunlaşdırılması.
Namizədə tələblər
- AutoCAD proqramında işləmə bacarığı;
- 3ds Max və/və ya SketchUp proqramlarında modelləşdirmə bacarığı;
- V-Ray, Corona Renderer, Lumion və ya digər render proqramları ilə işləmək üstünlükdür;
- Məkan planlaşdırılması, materiallar və proporsiyalar haqqında anlayış;
- Kreativ yanaşma və yüksək estetik zövq;
- Məsuliyyətli və müəyyən edilmiş son tarixlərə uyğun işləmə bacarığı;
- Tədbir dizaynı, interyer dizaynı və ya memarlıq sahəsində təcrübə üstünlükdür.
İş şəraiti
- İş yeri: Bakı, Azərbaycan
- İş qrafiki: Çevik iş qrafiki (Flexible)
- Əməkhaqqı: Aylıq sabit əməkhaqqı — namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə.
- Klassik 09:00–18:00 ofis rejimindən fərqli, çevik iş qrafiki;
- İşin xarakterinə və layihələrin tələblərinə uyğun iş planlaması;
- Zərurət yarandıqda komanda görüşlərində və layihə müzakirələrində iştirak;
- Əsas diqqətin iş saatlarına deyil, görülən işin keyfiyyətinə və layihələrin vaxtında təhvil verilməsinə yönəldilməsi;
- Kreativ və müxtəlifmiqyaslı layihələrdə iştirak;
- Uzunmüddətli əməkdaşlıq və peşəkar inkişaf imkanı.
Maraqlanan namizədlər CV və portfoliolarını mövzu hissəsində “3D Designer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Portfolio təqdim edilməsi mütləqdir.