Skip to content
GoJob
Back to jobs

Elektron əməliyyatların monitorinqi istiqamətinin Rəhbəri

LeobankElektron əməliyyatların monitorinqi istiqamətinin rəhbəri job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 17, 2026
Views
672
Applications
56
Apply before
December 17, 2026

Finance, Banking & Insurance jobs in Baku

About this job

Leobank is hiring for the role “Elektron əməliyyatların monitorinqi istiqamətinin Rəhbəri” in Baku. Full-time. Apply directly to the employer.

Vəzifə öhdəlikləri:

  • Elektron əməliyyatların monitorinqi komandası işinin təşkili və idarə olunması, Beynəlxalq Ödəniş Sistemlərinin qaydalarına və bankın daxili prosedurlarına uyğun şəkildə;
  • Bank kartları ilə fırıldaqçılıq səviyyəsinin göstəricilərinin təhlili və nəzarəti, tendensiyaların, ssenarilərin və yeni fırıldaqçılıq sxemlərinin müəyyənləşdirilməsi, həmçinin onların minimallaşdırılması üçün tövsiyələr və fəaliyyət planının hazırlanması;
  • Fırıldaqçılıq insidentləri və şöbənin fəaliyyəti üzrə hesabatların daxili normativlərə və Mərkəzi Bankın tələblərinə uyğun tərtib edilməsi və təqdim olunması;
  • Antifraud qaydalarının və monitorinq məntiqinin hazırlanmasında iştirak, antifraud sistemlərində preventiv mexanizmlərin tətbiqi;
  • Komandanın KPI göstəricilərinə nəzarət, o cümlədən reaksiyanın vaxtında verilməsi, fırıldaqçılığın qarşısının alınma səviyyəsi və müraciətlərin keyfiyyətli emalı üzrə;
  • Komandanın təlimi və inkişafı: təlimlərin təşkili, skript və qaydaların yenilənməsi, əməkdaşların ixtisasartırma sahələrinin müəyyən edilməsi, təlimatların hazırlanması;
  • Motivasiya sistemlərinin işlənib hazırlanması və əməkdaşların fəaliyyətinin müntəzəm qiymətləndirilməsi, KPI göstəricilərinə nəzarət və peşəkar inkişaf üçün fərdi görüşlərin təşkili;
  • Qeyri-standart hallara (kütləvi hücumlar, kritik nasazlıqlar və s.) operativ reaksiya, araşdırmaların aparılması, digər bölmələrlə koordinasiya.

Tələblər:

  • Ali (və ya natamam ali) təhsil – iqtisadiyyat, maliyyə və ya oxşar sahələr üzrə;
  • Bank və ya fintex sahəsində elektron əməliyyatların monitorinqi və ya müraciətlərin emalı üzrə azı 1,5 il iş təcrübəsi;
  • İnternet-ekvayrinqin və bank kartları ilə ödəniş proseslərinin (o cümlədən CNP əməliyyatları, 3DS, çarcbek prosedurları) işləmə prinsiplərinin bilikləri;
  • İngilis dili biliyi – ən azı Upper Intermediate səviyyəsində;
  • Proaktiv mövqe, çeviklik, məsuliyyətə hazır olmaq, dəyişikliklər və transformasiyalarda təşəbbüskarlıq;
  • Yüksək idarəetmə və kommunikasiya bacarıqları, komandaya motivasiya vermək və onu inkişaf etdirmək qabiliyyəti;
  • Yüksək səviyyədə özünü təşkil etmə, analitik düşüncə, böyük həcmli məlumatlarla işləmək və qeyri-müəyyən şəraitdə əsaslandırılmış qərarlar qəbul etmək bacarığı;
  • Şifahi və yazılı ünsiyyət bacarıqları: məlumatı aydın və strukturlaşdırılmış şəkildə çatdırmaq, analitik müzakirələr aparmaq və kross-funksional komandalarla əməkdaşlıq etmək bacarığı.

Üstünlük veriləcək namizədlər:

  • Startap mühitində (xüsusən yüksək avtomatlaşdırılmış mühitdə) iş təcrübəsi;
  • Sürətlə dəyişən və ya startap şəraitində proseslərin sıfırdan qurulması təcrübəsi;
  • İT komandaları ilə əməkdaşlıq və antifraud həllərinin tətbiqində iştirak təcrübəsi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Similar jobs