Skip to content
GoJob

Əməliyyat Meneceri

PJA MMCOperations specialist job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
September 3, 2026
Apply before
November 1, 2026

Human Resources jobs in Baku

About this job

PJA MMC is hiring an operations specialist in Baku. Full-time. Apply directly to the employer.

Lokasiya: Bakı şəhəri (bütün restoran şəbəkəsi üzrə səfərlərlə)

Vəzifə öhdəlikləri:

  • Restoran şəbəkəsinin bütün filiallarının gündəlik əməliyyat fəaliyyətinə nəzarət və effektiv idarəetmə;
  • Franchisor tərəfindən müəyyən edilmiş QSC (Keyfiyyət, Xidmət, Təmizlik) standartlarının tam yerinə yetirilməsini təmin etmək;
  • Restoran menecerlərinin fəaliyyətini koordinasiya etmək, onların peşəkar inkişafına dəstək olmaq və motivasiya proqramları tətbiq etmək;
  • Müştəri məmnunluğunu təmin etmək, müştəri rəylərini təhlil etmək və xidmət səviyyəsinin yüksəldilməsi üzrə təkliflər verərək razılaşdırılmış  tədbirlər görmək;
  • Sahəsi üzrə təhlillər aparmaq uyğunsuzlqular barədə rəhbərliyə məlumat verərək həll yolları barədə təklifllər hazırlamaq
  • Restoranların iş prosesində səmərəliliyi artırılması üçün səy göstərmək.
  • Restoranların iş qrafikinin planlaşdırılması və əmkdaşların iş keyfiyyətlərinin qiymətləndirilməsinə iştirak etmək,aidiyyatı üzrə təkliflər vermək.
  • HACCP həmçinin digər yerli və  beynəlxalq sanitariya və qida təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək.

Namizəddən gözləntilər:

  • Restoran və ya qidaçılıq sahəsində minimum 5 illik təcrübə, bunun ən azı 2 ili çoxfiliallı şəbəkədə rəhbər vəzifədə işləmək
  • Franchiza sistemlərinin iş prinsiplərinə dərindən bələdlik;
  • Güclü liderlik və ünsiyyət bacarıqları, böhran anlarında çevik qərar vermə qabiliyyəti;;
  • MS Office proqramlarında, xüsusən Excel-də yüksək səviyyədə işləmə bacarığı;
  • Ezamiyyətlərə hazır olmaq;.

Bizim təkliflərimiz:

  • Rəsmi  əmək haqqı
  • Rəsmi işə qəbul və tam sosial paket;
  • Karyera inkişafı üçün real imkanlar və daxili yüksəliş perspektivləri;
  • Dinamik, innovativ və dəstəkləyici komandada çalışma imkanı.

Əgər siz güclü idarəçilik bacarıqlarına, strateji düşüncə qabiliyyətinə və inkişaf hədəflərinə yönəlmiş bir mühitdə çalışmaq istəyirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Əməliyyat Meneceri” qeyd olunmalıdır.

More jobs at PJA MMC

Jobs at PJA MMC