Baş energetik
Grand-Agro MMCEnergetik job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- September 25, 2026
- Apply before
- October 25, 2026
- Category
- Engineering
About this job
Grand-Agro MMC is hiring for the role “energetik” in Baku. Full-time. Apply directly to the employer.
- Zavodun yarımstansiya, transformator, orta və aşağı gərginlikli paylayıcı qurğular, MCC panelləri, kabel xətləri və elektrik mühərriklərindən ibarət elektrik təsərrüfatının etibarlı işini təmin etmək;
- Generator, UPS, avtomatik ehtiyat qoşulması, akkumulyator və reaktiv güc kompensasiyası sistemlərinin saz vəziyyətdə saxlanılmasını təmin etmək;
- Elektrik avadanlıqları üzrə texniki baxış, profilaktik xidmət, sınaq və təmir qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək;
- Elektrik nasazlıqlarını araşdırmaq, səbəblərini müəyyən etmək və təkrar baş verməsinin qarşısını almaq;
- Qəza hallarının idarə olunmasını və enerji təchizatının təhlükəsiz şəkildə bərpasını təşkil etmək;
- Elektrik işlərinin təhlükəsizlik qaydalarına və təsdiq edilmiş prosedurlara uyğun aparılmasına nəzarət etmək;
- Elektrik texniklərinin işini təşkil etmək, tapşırıqlar vermək və görülən işlərin nəticələrini yoxlamaq;
- Podratçı və servis təşkilatlarının işlərini koordinasiya etmək;
- Elektrik enerjisinin sərfiyyatını, yük bölgüsünü və enerji səmərəliliyini izləmək;
- Elektrik avadanlıqlarının texniki sənədlərinin, sxemlərinin, reyestr və sınaq protokollarının aktuallığını təmin etmək;
- Yeni layihələrin tikinti və işə salınması mərhələsində elektrik işlərinin layihə və texniki tələblərə uyğunluğuna nəzarət etmək.