Fairmont Gold Lounge Attendant
Fairmont BakuFairmont gold lounge attendant job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 21, 2026
- Apply before
- November 20, 2026
- Category
- Hospitality & Tourism
About this job
Fairmont Baku is hiring for the role “Fairmont Gold Lounge Attendant” in Baku. Full-time. Apply directly to the employer.
Əsas vəzifələr:
- Qonaqları gülərüzlə qarşılamaq, onların ehtiyaclarını əvvəlcədən müəyyən etmək və yüksək səviyyəli, fərdi xidmət təqdim etmək.
- Qonaqların suallarını, xüsusi istəklərini və şikayətlərini operativ və nəzakətlə həll etmək.
- Fairmont Gold Lounge-da yemək və içkilərin təqdim edilməsini təmin etmək.
- İstirahət zalının, bufet sahəsinin və iş yerlərinin gün ərzində təmiz və səliqəli saxlanılmasına nəzarət etmək.
- Mətbəx komandası ilə əməkdaşlıq edərək gündəlik menyunun və yeməklərin təqdimatının otelin standartlarına uyğun olmasını təmin etmək.
- Səhərlər qonaqların sifariş etdiyi qəhvəni otaqlara çatdırmaq.
- Qida məhsullarının, qabların və digər avadanlıqların inventarını izləmək.
- Özünəxidmət mini-barının düzgün idarə olunmasını, məhsulların nəzarətdə saxlanılmasını və gəlirlərin artırılmasını təmin etmək.
- Telefon zənglərini üç zəngdən gec olmayaraq cavablandırmaq və peşəkar ünsiyyət qaydalarına riayət etmək.
- Mətbəx, qabyuyan və texniki xidmət şöbələri ilə koordinasiyalı işləmək.
- Avadanlıq və təmir ehtiyaclarını müvafiq şöbəyə çatdırmaq, təcili hallarda texniki xidmətlə birbaşa əlaqə saxlamaq.
- Növbə jurnallarında vacib məlumatları qeyd etmək və qonaqların gəliş siyahısındakı məlumatların düzgünlüyünü yoxlamaq.
- İş yerində sağlamlıq və təhlükəsizlik standartlarını qorumaq, fövqəladə hallar zamanı müəyyən edilmiş prosedurlara əməl etmək.
- Həmkarlarla əməkdaşlıq etmək, xidmət keyfiyyətini qorumaq və qonaq məmnuniyyətini artırmaq.
Tələblər:
- Müştəri xidmətləri sahəsində əvvəlki iş təcrübəsi arzuolunandır. Restoranda ofisiant və ya köməkçi ofisiant kimi təcrübə üstünlükdür.
- İngilis dilini səlis,rus dilini bilmək üstünlükdür.
- Qonaqların ehtiyaclarını anlamaq, onların gözləntilərini qarşılamaq və yüksək xidmət keyfiyyətini təmin etmək.
- Həmkarlarla əməkdaşlıq etmək və komanda daxilində səmərəli işləmək.
- Çətin vəziyyətlərdə sakit qalmaq, düzgün qərarlar qəbul etmək və problemləri peşəkar şəkildə həll etmək.
- Etibarlı, intizamlı və verilən tapşırıqları vaxtında yerinə yetirən olmaq.
- İşləri prioritetləşdirmək, vaxtı düzgün idarə etmək və detallara diqqət yetirmək.
- Sürətli və gərgin iş mühitində xidmət keyfiyyətini qorumaq.
- İş saatları və növbələr baxımından çevik olmaq.
- Otelin lüks xidmət standartlarına uyğun peşəkar görünüş və davranış nümayiş etdirmək.
- Microsoft Windows proqramları ilə işləmək bacarığı üstünlükdür.
- PMS (Property Management System) proqramları ilə əvvəlki təcrübə üstünlük hesab olunur.
- Minimal nəzarət altında işləmək, təşəbbüs göstərmək və tapşırıqları vaxtında tamamlamaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.