Fasad mühəndisi
Baku City ResidencesFasad mühəndisi job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 22, 2026
- Apply before
- November 21, 2026
- Category
- Engineering
About this job
Baku City Residences is hiring for the role “Fasad mühəndisi” in Baku. Full-time. Apply directly to the employer.
İş yeri: Bakı şəhəri
İşin xarakteri: Bu vakansiya 4-5 ay müddətinə nəzərdə tutulub və daimi xarakter daşımır, xidməti müqavilə olacaq.
Tələblər
- Memarlıq mühəndisliyi, inşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
- Building envelope sistemləri, şüşə və alüminium fasad mühəndisliyi, fasadlar üçün struktur yük hesablamaları, istilik və su izolyasiyası detalları, yerli və beynəlxalq tikinti normaları (ASTM, EN, BS)
- Fasad mühəndisliyi və obyektdə quraşdırma nəzarəti sahəsində ən azı 5 il müvafiq təcrübə (kommersiya, yaşayış, otel təyinatlı tikinti layihələrində)
- AutoCAD, MS Office və struktur/fasad analiz proqramlarını (məs., Strand7, RFEM və ya oxşarı) yaxşı bilmək
- Fasad materiallarının sınaqdan keçirilməsi, struktur mühəndisliyinin əsasları və mürəkkəb memarlıq detallaşdırılması üzrə dərin anlayış
- Güclü obyekt yoxlama bacarıqları və subpodratçılar və məsləhətçilərlə texniki müzakirələri idarə edə bilmək
- Fasadın texniki detallaşdırılması və struktur analizin dəqiqliyi
- Vaxtın idarə edilməsi
- Komanda işi və effektiv ünsiyyət
Əsas vəzifə öhdəlikləri
- Fasad sistemləri (pərdə divarları, struktur şüşələmə, üzlük və dam pəncərələri) üçün texniki layihə cizgilərini, hesablamaları və spesifikasiyaları hazırlamaq, yoxlamaq və qiymətləndirmək
- Fasad elementlərinin obyektdə quraşdırılmasını, struktur möhkəmliyini, su keçirməzliyini və istilik göstəricilərini layihə standartlarına uyğunluq baxımından yoxlamaq
- Texniki fasad qovşaqlarını və layihə uyğunsuzluqlarını həll etmək üçün obyekt memarları, struktur mühəndisləri və podratçılarla sıx əlaqə saxlamaq
- Podratçıların təqdimatlarını (submittals), material nümunələrini, istehsal (shop) cizgilərini və maket (mock-up) test nəticələrini nəzərdən keçirmək
- Obyektdə keyfiyyətə nəzarət (QA/QC) yoxlamaları aparmaq və ətraflı texniki yoxlama hesabatları hazırlamaq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.