Skip to content
GoJob

Köməkçi işçi

Pioneer EngineeringGeneral laborer job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
September 30, 2026
Apply before
October 30, 2026

Manufacturing & Agriculture jobs in Baku

About this job

Pioneer Engineering is hiring a general laborer in Baku. Full-time. Apply directly to the employer.

Mühəndislik şirkəti aşağıda göstərilən vəzifə və öhdəlikləri yerinə yetirmək üçün forklift idarəetmə bacarıqlarına malik Köməkçi işçi axtarır:

Vəzifə öhdəlikləri:

  • Zərurət yarandıqda emalatxana və əməliyyat heyətinə ümumi yardım və dəstək göstərmək.
  • Maşın emalatxanasında emal edilmiş boruları mexaniki emal nəticəsində yaranan yonqar, qalıqlar və digər çirkləndiricilərdən təmizləmək.
  • Emalatxananı, həyəti, saxlama sahələrini və iş yerlərini təmiz, səliqəli və təhlükəsiz vəziyyətdə saxlamaq.
  • Müvafiq təlimi keçdikdən, səriştəsi qiymətləndirildikdən və Pioneer tərəfindən rəsmi icazə verildikdən, həmçinin tələb olunan qüvvədə olan avtokar (forklift) sürücülük vəsiqəsinə malik olduqdan sonra avtokarı idarə etmək.
  • Həyətdə və emalatxanada OCTG borularının, materialların və müştərilərə məxsus avadanlıqların daşınması və yerdəyişməsi üçün avtokardan istifadə etmək.
  • Avtokarın təhlükəsiz şəkildə, şirkət prosedurlarına və yerli qanunvericiliyin tələblərinə uyğun idarə olunmasını təmin etmək.
  • Avtokardan istifadədən əvvəl yoxlama aparmaq və onun təhlükəsiz istismarına təsir edə biləcək hər hansı nasazlıq barədə avtokar istifadə edilməzdən əvvəl məlumat vermək.
  • Müvafiq proses rəhbərinin və ya nəzarətçinin göstərişi ilə istehsalat fəaliyyətlərinə dəstək göstərmək.
  • Boruların və avadanlıqların təhlükəsiz şəkildə idarə edilməsi, saxlanması və yerdəyişməsi ilə bağlı bütün təlimatlara riayət etmək.
  • İş prosesi zamanı aşkar edilmiş keyfiyyət, əməyin mühafizəsi və təhlükəsizlik, avadanlıq və ya iş yerinin səliqəsi ilə bağlı hər hansı problem barədə məlumat vermək.
  • PIONEER-in keyfiyyət, əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit üzrə bütün tələblərinə, habelə şirkətin siyasət və prosedurlarına riayət etmək.
  • Bütün hallarda tələb olunan fərdi mühafizə vasitələrindən (FMV) istifadə etmək.
  • İş sahəsində yüksək səviyyədə təmizlik və səliqə standartlarını qorumaq.
  • Birbaşa rəhbər tərəfindən verilən digər ağlabatan vəzifə və tapşırıqları yerinə yetirmək.

Səriştə və tələblər:

  • Əsas ümumi təhsil və ya ona bərabər tutulan təhsil.
  • Qüvvədə olan avtokar (forklift) sürücülük vəsiqəsi və/və ya müvafiq təlim sertifikatı.

 Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at Pioneer Engineering

Jobs at Pioneer Engineering