Prorab (Tikinti işləri üzrə)
VertexForeman job in Baku
Salary: from 1,500 ₼ / month
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 4, 2026
- Apply before
- November 4, 2026
- Category
- Engineering
About this job
Vertex is hiring a foreman in Baku. Full-time, salary 1,500 AZN. Apply directly to the employer.
Vertex Industrial Company tikinti və təmir layihələrində çalışmaq üçün təcrübəli Prorab - Tikinti işləri üzrə mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Tikinti və təmir işlərinin sahədə gündəlik təşkili və icrasına nəzarət;
- İşçi və ustalar arasında iş bölgüsünün aparılması və görülən işlərin koordinasiyası;
- İşlərin layihə, texniki çertyoj və müəyyən edilmiş iş həcminə uyğun yerinə yetirilməsinə nəzarət;
- Beton, hörgü, suvaq, boya, döşəmə, üzlük və digər ümumi tikinti-təmir işlərinin icrasına nəzarət;
- Tikinti materiallarına olan tələbatın müəyyən edilməsi və materialların düzgün istifadəsinə nəzarət;
- Görülən işlərin keyfiyyətinin və müəyyən edilmiş müddətlərə uyğunluğunun yoxlanılması;
- Sahədə yaranan texniki məsələlərin operativ həllinin təmin edilməsi;
- Gündəlik görülən işlərin və işçi qüvvəsinin izlənilməsi;
- Layihə rəhbərliyinə işlərin gedişatı barədə məlumat və hesabatların təqdim edilməsi;
- Sahədə HSE və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət.
Namizədə tələblər:
- Tikinti sahəsində Prorab və ya oxşar vəzifədə minimum 3-5 il iş təcrübəsi;
- Ümumi tikinti, təmir və rekonstruksiya işləri üzrə praktiki bilik və təcrübə;
- Texniki çertyojları oxuma və işləri çertyoja uyğun təşkil etmə bacarığı;
- Tikinti materialları və iş texnologiyaları üzrə yaxşı bilik;
- İşçi və usta heyətini idarə və koordinasiya etmək bacarığı;
- İşlərin həcmini və keyfiyyətini yerində qiymətləndirmək bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
- Sahədə yaranan problemləri çevik şəkildə həll etmək bacarığı.
Ünvan: Caspian Plaza
Əmək haqqı: 1500 AZN
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Tikinti üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Sadəcə vakansiya tələblərinə cavab verən namizədlərin cv-ləri dəyərləndiriləcək.