Skip to content
GoJob

İnsan Resursları üzrə Menecer (HR Manager)

CoffeeLeaHR manager job in Baku

Salary: from 1,200 ₼ / month

Work mode
On-site
Employment type
Full time
Posted
November 11, 2026
Apply before
December 11, 2026

Human Resources jobs in Baku

About this job

CoffeeLea is hiring an HR manager in Baku (Binagadi district). Full-time, salary 1,200 AZN. Apply directly to the employer.

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş həftəsi
  • Təminat: Şirkət tərəfindən nahar yeməyi ilə təmin olunma.
  • Əmək haqqı: Başlanğıc olaraq 1200 net

Vəzifə öhdəlikləri:

  • Kargüzarlıq və ƏMAS əməliyyatları: Əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi və xitam verilməsi ilə bağlı bildirişlərin ƏMAS sisteminə daxil edilməsi və müvafiq sənədləşmənin icrası.
  • Şəxsi işlərin idarə edilməsi: İşçilərin şəxsi işlərinin formalaşdırılması, dəyişikliklərin mütəmadi qeydiyyatı və məlumat bazasının yenilənməsi.
  • İşə qəbul: Yeni kadrların aktiv şəkildə axtarılması, uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işə cəlb edilməsi, müsahibə və görüşlərin keçirilməsi.
  • Uçot və monitorinq: Məzuniyyət təqviminin hazırlanması, monitorinqi və əməkhaqqı sənədlərinin (tabel, məzuniyyət cədvəlləri və s.) hazırlanması.
  • Daxili nəzarət və tədbirlər: İşçilərin giriş-çıxışına xüsusi proqram vasitəsilə nəzarət edilməsi və uyğunsuzluqların birbaşa rəhbərliyə bildirilməsi. Team building və training-lərin təşkil olunması, həmçinin filiallara mütəmadi baş çəkmək.
  • Hesabatlılıq: Fəaliyyətlə əlaqədar müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi və qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtibi.

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil.
  • Təcrübə: İR və işə qəbul sahəsində ən azı 3 il iş təcrübəsi.
  • Qanunvericilik: AR Əmək Məcəlləsini yüksək səviyyədə bilmək.
  • Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək.Rus dili, İngilis dili bilikləri üstünlükdür.
  • Şəxsi keyfiyyətlər: Punktual, məsuliyyətli, vaxtı idarəetmə, təşkilatçılıq, aktiv dinləmə və problemləri həlletmə bacarıqları.

Əlavə bacarıqlar: Tədris və kadrların inkişafı sahəsində təcrübəyə sahib olmaq.

Maraqlanan namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Mövzu (subject) hissəsində "HR Manager" yazılması mütləqdir.

Similar jobs