Skip to content
GoJob

Məhkəmələrlə iş üzrə kiçik hüquqşünas

Ferrum Capital QSCLawyer job in Baku

Salary: from 400 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 8, 2026
Apply before
November 8, 2026
Category
Legal

Legal jobs in Baku

About this job

Ferrum Capital QSC is hiring a lawyer in Baku. Full-time, salary 400 AZN. Apply directly to the employer.

Təsvir

  • Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Məhkəmələrlə iş üzrə kiçik hüquqşünas vakansiyasını elan edir.
  • Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
  • Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
  • Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Hansı özəlliklərə malik olmalıdır?

  • Hüquq ixtisası üzrə ali təhsil;
  • Azərbaycan Respublikasının mülki və mülki prosessual qanunvericiliyi üzrə biliklər;
  • İddia ərizələri və digər hüquqi sənədləri hazırlamaq bacarığı;
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • Hüquqi təhlil aparmaq, əsaslandırılmış mövqe formalaşdırmaq və fikirlərini aydın təqdim etmək bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Diqqətlilik, məsuliyyətlilik və müəyyən edilmiş müddətlərə riayət etmək bacarığı;
  • Effektiv ünsiyyət və komanda ilə əməkdaşlıq bacarığı.

Məhkəmələrlə iş üzrə kiçik hüquqşünas nə iş görür?

  • Şirkətin məhkəməyə müraciətləri üzrə iddia ərizələrinin və digər prosessual sənədlərin hazırlanmasını, aidiyyəti məhkəmələrə təqdim edilməsini təmin etmək;
  • Verilmiş səlahiyyətlər çərçivəsində şirkəti məhkəmələrdə təmsil etmək və hüquqi mövqeyini müdafiə etmək;
  • Məhkəmə işləri üzrə zəruri sənəd və sübutları toplamaq, təhlil etmək və sistemləşdirmək;
  • Məhkəmə işlərinin gedişatını, iclas tarixlərini və prosessual müddətləri izləmək;
  • Məhkəmə qərarlarını və digər prosessual sənədləri təhlil etmək, nəticələr barədə aidiyyəti şəxsləri məlumatlandırmaq;
  • Məhkəmə işləri üzrə məlumat bazasını formalaşdırmaq və mütəmadi yeniləmək;
  • İcraatda olan işlərin statusu və nəticələri barədə dövri hesabatlar hazırlamaq.

Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00
  • Əmək haqqı: 400 AZN + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Məhkəmələrlə iş üzrə kiçik hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

More jobs at Ferrum Capital QSC

Jobs at Ferrum Capital QSC