Hüquqşünas
Azman HoldingLawyer job in Baku
Salary: from 1,500 ₼ / month
- Location
- Bakı, Səbail
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 14, 2026
- Apply before
- November 13, 2026
- Category
- Legal
About this job
Azman Holding is hiring a lawyer in Baku (Sabail district). Full-time, salary 1,500 AZN. Apply directly to the employer.
Yeni tikinti layihəmizə “Hüquqşünas” dəvət edirik.
Əsas vəzifə öhdəlikləri:
- Tikinti şirkətinin və ya departamentinin hüquqi təminatı prosesini həyata keçirir;
- Baş podrat, subpodrat, layihələndirmə, təchizat və xidmət müqavilələrini hazırlayır, hüquqi ekspertizadan keçirir və razılaşdırır;
- Tikinti layihələri üzrə texniki tapşırıqları, əlavə və dəyişiklikləri yoxlayır, hüquqi riskləri əvvəlcədən qiymətləndirib rəhbərliyə rəy təqdim edir;
- Müqavilə şərtlərinin icrasına hüquqi nəzarət edir, pozuntuları aşkar edir və operativ tədbirlər görür;
- Sifarişçilər, podratçılar və dövlət qurumları ilə yaranan mübahisələrdə, cərimə, gecikmə və ya fors-major hallarında hüquqi mövqe hazırlayır, danışıqlarda dəstək göstərir;
- Tikinti fəaliyyəti üçün tələb olunan lisenziyaların, icazələrin və digər sənədlərin alınması prosesini hüquqi cəhətdən müşayiət edir;
- Dövlət qurumları və digər təşkilatlarla hüquqi məsələlər üzrə yazışmaların aparılması;
- Məhkəmə və digər hüquqi proseslərdə şirkətin maraqlarının qorunması;
İş barədə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi, 2 gün istirahət;
- İş saatı: 09:00-18:00;
- Nahar şirkət tərəfindən təqdim olunur;
- Əmək haqqı: 1500-1800 AZN.
- İş yeri: Səbail rayonu
Namizədə tələblər:
- Hüquq üzrə ali təhsil.
- Tikinti sektorunda və ya mülki hüquq sahəsində minimum 2-3 il iş təcrübəsi.
- Şəhərsalma və tikinti qanunvericiliyi, mülki və əmək qanunvericiliyi, müqavilə hüququ üzrə biliklər.
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Məsuliyyətli, problem həlletmə və analitik düşünmə qabiliyyəti;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilər və ya (+99450) 226 11 39 nömrəsi ilə əlaqə saxlaya bilər.