Kiçik icma mütəxəssisi
AGA GroupIcma mütəxəssisi job in Baku
Salary: from 500 ₼ / month
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 15, 2026
- Apply before
- November 14, 2026
- Category
- Construction & Real Estate
About this job
AGA Group is hiring for the role “icma mütəxəssisi” in Baku. Full-time, salary 500 AZN. Apply directly to the employer.
Təsvir
2019-cu ildən fəaliyyətə başlayan Lotfi Zadeh Texnologiya Mərkəzi Xəzər dənizi regionunda texnoloji bilik, infrastruktur və investisiyanı bir araya gətirən innovativ layihədir. Azərbaycanın ən böyük kovörkinq mərkəzi olan LTC hazırda Caspian Business Center (LTC Z) və Caspian Plaza (LTC Y) filiallarında xidmət göstərir.
Coworking mərkəzimizdə gənc və motivasiyalı şəxslər üçün "Kiçik icma mütəxəssisi" vakansiyasını elan edirik.
Vəzifə öhdəlikləri:
- Yeni üzvlərin qarşılanması, mərkəzin imkanlarının və qaydalarının izahı;
- Potensial üzvlərə tur xidməti göstərmək və məlumatlandırmaq;
- Mövcud üzvlərin ehtiyaclarını dinləmək və uyğun yönləndirmələr etmək;
- İcma daxilində əməkdaşlıq və ünsiyyətin təşviqi üçün tədbirlərin təşkilinə dəstək vermək;
- İcma üzvləri arasında yaranan gündəlik anlaşılmazlıqların həllinə yardımçı olmaq;
- Üzvlərdən geribildirim toplamaq və rəhbərliyə təqdim etmək;
- Məkanın səliqəli, rahat və istifadəyə uyğun saxlanmasına nəzarət etməkdə dəstək göstərmək;
- Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil (bakalavr dərəcəsi);
- Satış və ya müştəri xidməti sahəsində təcrübə arzuolunandır;
- Güclü ünsiyyət bacarıqları;
- İctimaiyyətlə ünsiyyətdə ekstravert xarakter;
- Sahibkarlıq və icma mühitinə maraq və həvəs;
- Müstəqil işləmək bacarığı;
- Xanım namizədlərə üstünlük veriləcək;
- İngilis dilində sərbəst danışıq və yazı bacarığı; Rus dili bilikləri üstünlükdür;
- Yüksək etik dəyərlər, empatiya və etibarlılıq.
Əlavə məlumat
- 5 günlük iş qrafiki: 10:00 – 19:00
- Əmək haqqı: 500 AZN (Net)
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.