Skip to content
GoJob

İnfrastruktur Arxitekti

İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiInfrastruktur arxitekti job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 16, 2026
Apply before
November 15, 2026

Information Technology jobs in Baku

About this job

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi is hiring for the role “İnfrastruktur Arxitekti” in Baku. Full-time. Apply directly to the employer.

Təsvir

  • Dövlət layihələri və təşəbbüsləri üzrə infrastruktur arxitekturasının qiymətləndirilməsi və istiqamətləndirilməsi;
  • Bulud, hibrid və on-premises mühitlər üçün vahid yanaşma və prinsiplərin formalaşdırılması;
  • Hökumət Buludunun təkmilləşdirilməsi üzrə təklif və həllərin hazırlanması;
  • Layihələrdə təqdim olunan infrastruktur dizaynlarının tələblərə uyğunluğunun qiymətləndirilməsi;
  • Yüksək əlçatanlıq və fəlakətdən bərpa yanaşmaları üzrə ümumi standartların hazırlanması;
  • Mərkəzi komponentlərin və platformaların infrastruktur arxitekturasının hazırlanması;
  • Monitorinq, loglama və müşahidəolunurluq üzrə minimum tələblərin müəyyənləşdirilməsi;
  • İnfrastruktur resurslarından səmərəli istifadə və əməliyyat xərclərinin optimallaşdırılması üzrə tövsiyələrin verilməsi;
  • Vendor lock-in risklərinin azaldılması üçün yanaşmaların hazırlanması;
  • İnfrastruktur uyğunluğu üzrə minimum tələblərin və yoxlama siyahılarının formalaşdırılması;
  • Texnoloji yeniliklərin izlənilməsi və infrastruktur/platforma radarının yenilənməsi;
  • Dövlət qurumlarına infrastruktur və platforma arxitekturası üzrə metodoloji və əməli dəstək göstərilməsi.

Tələblər

  • İnformasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil;
  • İnfrastruktur, sistem və ya platforma arxitekturası sahəsində 5+ il iş təcrübəsi;
  • Bulud, hibrid və on-premises infrastrukturların layihələndirilməsi və idarə olunması üzrə təcrübə;
  • Virtualizasiya, konteynerizasiya və orkestrasiya texnologiyaları üzrə bilik və təcrübə;
  • Docker, Kubernetes və əlaqəli infrastruktur komponentləri üzrə praktik bilik;
  • Şəbəkə, təhlükəsizlik, yük balanslama, yüksək əlçatanlıq və fəlakətdən bərpa həlləri üzrə biliklər;
  • Monitorinq, loglama və observability alətləri ilə işləmə təcrübəsi;
  • Linux serverləri, avtomatlaşdırma və infrastrukturun kod kimi idarə olunması yanaşmaları üzrə biliklər;
  • Bulud platformaları üzrə biliklər üstünlükdür;
  • İnfrastruktur dizaynı, texniki sənədləşdirmə və yoxlama yanaşmaları üzrə təcrübə;
  • Vendor lock-in riskləri, miqyaslana bilmə və resurs optimallaşdırılması məsələləri üzrə anlayış;
  • Analitik düşüncə, problem həll etmə və sistemli yanaşma bacarığı;
  • Komanda ilə işləmə və müxtəlif maraqlı tərəflərlə koordinasiya qurmaq qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
  • Dövlət sektoru və ya iri miqyaslı infrastruktur layihələrində təcrübə üstünlükdür.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

More jobs at İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Jobs at İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi