Xəzinədar - Inkassator
Yapı Kredi Bank AzərbaycanCash collector job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 16, 2026
- Apply before
- November 15, 2026
- Category
- Finance & Banking
About this job
Yapı Kredi Bank Azərbaycan is hiring a cash collector in Baku. Full-time. Apply directly to the employer.
Vəzifəyə olan tələblər:
- Ali təhsil (riyazi təhsilli olması daha məqsədə uyğundur);
- Mühasibat uçotu haqqında ümumi biliklərə malik olan;
- Kompüter bilikləri (MS Office, İnternet);
- Mükəmməl Azərbaycan dili (rus, ingilis və türk dillərini bilənlərə üstünlük verilir);
- Əla ünsiyyət qabiliyyətlərinə malik olan;
- Riyazi qabiliyyətlər;
- Məsuliyyətli və stressə davamlı
Funksional Öhdəliklər:
- AR Mərkəzi Bankın normativ göstərişlərinə və bankdaxili qaydalara müvafiq olaraq nağd pul və qiymətlərlə əməliyyat aparır;
- Bankın filiallarına nağd pul mədaxili və məxairici üçün inkassasiya xidməti göstərir. İş gününün sonunda dövriyyə kassasının qalığını bankdaxili qaydalara uyğun olaraq xəzinədarlığın müdirinə təhvil verir;
- Nağd pulları Mərkəzi Bankın normativ göstərişlərinə uyğun çeşidləyir və formalaşdırır;
- Müştərilərə inkassasiya xidməti göstərir;
- Xəzinədarlığın müdiri ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirir;
- Kassa mədaxil və məxaric əməliyyatlarını aparır;
- Milli və xarici valyutalarla, habelə valyuta mübadilə əməliyyatlarını aparır;
- Bankomatları pul vəsaitləri ilə təmin edir.
- Birbaşa müdirin digər tapşırıqlarını yerinə yetirmək.
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.