Skip to content
GoJob

Tikinti mühəndisi (Civil Construction Engineer)

Amina and S GroupCivil engineer job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 3, 2026
Apply before
December 3, 2026

Construction & Real Estate jobs in Baku

About this job

Amina and S Group is hiring a civil engineer in Baku. Full-time. Apply directly to the employer.

Layihələr çərçivəsində tikinti işlərinin planlaşdırılması, sahədə icrasının təşkili və keyfiyyətinə nəzarət edilməsi üçün Tikinti mühəndisi axtarılır.

Vəzifənin məqsədi

  • Tikinti işlərinin planlaşdırılması, layihə və çertyojların hazırlanması, eləcə də sahədə işlərin layihəyə və keyfiyyət tələblərinə uyğun icrasına nəzarət edəcək Tikinti mühəndisi axtarılır.

Vəzifə və öhdəliklər:

  • Tikinti sahəsində gündəlik işləri planlaşdırmaq, təşkil etmək və icra vəziyyətini izləmək;
  • Tikinti işləri üçün tələb olunan material və avadanlıqlara ehtiyacı müəyyən etmək, sifarişlərin hazırlanmasında iştirak etmək və vaxtında təchizatını izləmək.
  • Torpaq işləri, qazıntı, dolğu, sıxlaşdırma, təməl, qəlib, armatur, beton və dəmir-beton işlərinin layihəyə uyğun yerinə yetirilməsinə nəzarət etmək;
  • Yeraltı kommunikasiya xətləri, drenaj sistemləri, yollar, meydançalar və digər infrastruktur işlərinin icrasını əlaqələndirmək;
  • İşə başlamazdan əvvəl təsdiqlənmiş çertyojları, texniki spesifikasiyaları və işlərin icra metodlarını nəzərdən keçirmək;
  • Layihə sənədlərində və sahə şəraitində aşkar edilmiş uyğunsuzluqları müəyyənləşdirmək, texniki sorğular hazırlamaq və razılaşdırılmış həllərin tətbiqini izləmək;
  • Sahədə oxların, koordinatların və hündürlük səviyyələrinin layihəyə uyğunluğunu geodeziya qrupu ilə birlikdə yoxlamaq;
  • Podratçıların, subpodratçıların və sahə heyətinin fəaliyyətini əlaqələndirmək, iş bölgüsünü və prioritetləri müəyyən etmək;
  • İş qrafikinə əsasən irəliləyişi izləmək, gecikmə risklərini müəyyənləşdirmək və aradan qaldırılması üçün tədbirlər təklif etmək;
  • İşçi qüvvəsi, material, texnika və avadanlıq ehtiyaclarını müəyyən etmək, onların vaxtında təmin olunması üçün aidiyyəti bölmələrlə işləmək;
  • Sahəyə daxil olan tikinti materiallarının təsdiqlənmiş texniki tələblərə və müşayiətedici sənədlərə uyğunluğunu yoxlamaq;
  • Keyfiyyətə nəzarət qrupu ilə birlikdə yoxlama və sınaqların vaxtında aparılmasını təşkil etmək;
  • Beton tökülməsindən əvvəl qəlib, armatur, qoruyucu beton qatı, anker boltları və yerləşdirilən detalların yoxlanılmasını təmin etmək;
  • Beton, torpaq və digər materiallar üzrə sınaq nəticələrini izləmək, uyğunsuzluqların aradan qaldırılması prosesində iştirak etmək;
  • Gizli işlərin yoxlanılmasını, müvafiq aktların və yoxlama sənədlərinin hazırlanmasını təmin etmək;
  • Görülmüş işlərin faktiki həcmlərini yoxlamaq və yerinə yetirilmiş işlər üzrə hesabatların hazırlanmasında iştirak etmək;
  • Gündəlik və həftəlik hesabatlar hazırlamaq, görülmüş işləri, resurs istifadəsini, yaranmış çətinlikləri və növbəti işləri qeyd etmək;
  • Sahədə əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit tələblərinə riayət olunmasına nəzarət etmək, təhlükəli halları dərhal bildirmək və səlahiyyəti çərçivəsində tədbir görmək;
  • Digər ixtisaslar üzrə komandalarla koordinasiya aparmaq, işlərin bir-birinə mane olmadan icrasını təmin etmək;
  • Layihə dəyişikliklərinin qeydiyyatını aparmaq və faktiki icra vəziyyətini əks etdirən çertyojların hazırlanmasına məlumat təqdim etmək;
  • Tamamlanmış işlərin yoxlanılmasında, qüsur siyahılarının hazırlanmasında və qüsurların aradan qaldırılmasına nəzarətdə iştirak etmək;
  • İcra sənədlərinin toplanmasını və tamamlanmış işlərin sifarişçiyə təhvil verilməsini dəstəkləmək.

Tələblər:

  • İnşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
  • Tikinti sahəsində, xüsusilə sahə işlərinin təşkili və icrasına nəzarət üzrə iş təcrübəsi;
  • Torpaq, beton, dəmir-beton və infrastruktur işləri üzrə texniki biliklər;
  • Layihə çertyojlarını, texniki spesifikasiyaları və iş həcmləri cədvəllərini oxumaq bacarığı;
  • Tikinti işlərinin keyfiyyətinə nəzarət və təhvil-təslim sənədləri ilə işləmək bacarığı;
  • AutoCAD və MS Office proqramlarından istifadə bacarığı;
  • İş qrafiklərini izləmək və sahə hesabatları hazırlamaq bacarığı;
  • Azərbaycan dilində sərbəst ünsiyyət; ingilis dili biliyi üstünlükdür;
  • Planlaşdırma, komanda ilə işləmək, koordinasiya və operativ qərarvermə bacarıqları;
  • Sahə şəraitində işləməyə hazırlıq.

İş şəraiti:

  • Həftədə 2 gün istirahət.
  • Əmək Haqqı: Müsahibə əsasında müəyyən ediləcək.

Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Tikinti mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

More jobs at Amina and S Group

Jobs at Amina and S Group