İnsan Resursları və İşlər İdarəsinin Sənəd dövriyyəsinin təşkili şöbəsinin mütəxəssisi
Xalq BankHR specialist job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 28, 2026
- Apply before
- November 27, 2026
- Category
- Human Resources
About this job
Xalq Bank is hiring an HR specialist in Baku. Full-time. Apply directly to the employer.
Təsvir
- Bankın Baş ofisinə daxil olan və rəhbərliyin göstərişinə əsasən icrası nəzərdə tutulmayan məktubların əslilərini xüsusi ayrılmış qovluqda saxlamaq
- Bankın Baş ofisindən xaric olan məktubların və sənədlərin düzgünlüyünü bankdaxili qaydalara uyğun olaraq yoxlamaq, uyğunsuzluq olmadığı halda qeydiyyatını apararaq skan surətini saxlamaq və onların göndərilməsini təmin etmək;
- Bankın rəsmi blanklarının (sifariş olunmuş, korlanmış və s.) uçotunu aparmaq;
- Möhür və ştamplarla bağlı təchizatçı şirkət tərəfindən göndərilən ödəniş sənədlərini yoxlamaq, uyğunsuzluq olmadığı halda Bankın Maliyyə İdarəsinə təqdim etmək, uyğunsuzluq olduğu halda isə düzəlişlərin edilməsi üçün təchizatçı şirkətə məlumat vermək;
- Bankın struktur bölmələri tərəfindən sifariş edilmiş qeydiyyat kitabı və uçot jurnallarının təchizatçı şirkət tərəfindən göndərilən eskizinin Bankın daxili normativ aktları və ya Bankda mövcud olan eskizlərlə uyğunluğunu, sifarişin detalları (say , növ və s.) barədə məlumatları struktur bölmələr tərəfindən “1C”-də qeyd olunan sifarişlərdəki məlumatlarla eyniliyini yoxlamaq, uyğunsuzluq olmadığı halda təsdiqləmək, uyğunsuzluq olduğu halda düzəlişlərin edilməsi üçün təchizatçı şirkətə məlumat vermək;
- Daxil olan sorğu, müraciət, şikayət və təkliflərin Azərbaycan Respublikasının Mərkəzi Bankının “Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılmasına dair Metodolji Rəhbərliyi” nə uyğun olaraq reyestrini işləmək;
- Bankın kuryeri və xidmət müqaviləsi əsasında Bankla əməkdaşlıq edən daşıma şirkətləri tərəfindən məktubların daşınmasını təmin etmək və onlar tərəfindən təqdim edilən hesab-fakturaları yoxlamaq, uyğunsuzluq olmadığı halda müvafiq ödənişlərin ödənilməsi məqsədilə məqsədilə sənədləri Bankın Maliyyə İdarəsinə təqdim etmək, uyğunsuzluq olduğu halda isə düzəlişlərin edilməsi ilə bağlı qarşı tərəfə məlumat vermək.
Tələblər
- Ali magistr təhsili;
- Bu sahə üzrə 1 (bir) il iş təcrübəsinin olması arzuolunandır;
- Azərbaycan dilini mükəmməl, Rus və İngilis dillərini bilən namizədlərə üstünlük veriləcək;
- Kompüter bilikləri;
- Ofis ləvazimatları ilə işləmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.