Skip to content
GoJob

İnsan Resursları üzrə mütəxəssis

GrouponeHR specialist job in Baku

Salary: from 900 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
September 15, 2026
Apply before
November 9, 2026

Human Resources jobs in Baku

About this job

Groupone is hiring an HR specialist in Baku. Full-time, salary 900 AZN. Apply directly to the employer.

"Groupone" MMC “İnsan Resursları üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir:

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə, daxili əsasnamə və prosedurlara uyğun olaraq işçilərin işə qəbulu, işdən azad olunması, vəzifə dəyişiklikləri, transfer və digər kadr əməliyyatlarının icra edilməsi;
  • İşçilərlə bağlı bütün kadr sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsinin təmin edilməsi;
  • Əmək müqavilələrinin, əlavələrin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması;
  • İşçilərlə bağlı bütün dəyişikliklərin müvafiq dövlət portallarına vaxtında və düzgün şəkildə daxil edilməsi;
  • Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda doldurulması;
  • Məzuniyyət qrafikinin hazırlanması, məzuniyyətlərin izlənilməsi və uçotunun aparılması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi;
  • İşçilərin müraciətləri əsasında arayış, xasiyyətnamə və digər rəsmi sənədlərin hazırlanması;
  • Filial rəhbərləri ilə sıx əməkdaşlıq edərək işçi heyəti ilə bağlı məsələlərin həlli;
  • Yeni əməkdaşların işə qəbul və adaptasiya prosesinin koordinasiya olunması;
  • Vakansiya elanlarının hazırlanması və paylaşılması;
  • Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak;
  • Əcnəbi əməkdaşlarla bağlı miqrasiya sənədlərinin hazırlanması, izlənilməsi və miqrasiya proseslərinin koordinasiya olunması;
  • Miqrasiya ilə bağlı icazələrin, qeydiyyat və digər zəruri sənədlərin müddətlərinə nəzarət edilməsi və yenilənmə prosesinin təşkili;
  • İşçilərin gündəlik davamiyyətinin (tabel) izlənilməsi, tabel məlumatlarının hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
  • Restoran əməliyyat komandası ilə sıx əməkdaşlıq edərək işçi ehtiyaclarının vaxtında qarşılanmasının təmin edilməsi;
  • HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərilməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil (idarəetmə, biznesin təşkili və ya əlaqəli sahə üzrə üstünlükdür);
  • Restoran və ya hotel sferasında İnsan Resursları sahəsi üzrə minimum 3-4 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
  • MS Office (xüsusilə MS Excel yaxşı səviyyədə bilməli) işləmək bacarığı;
  • Azərbaycan və Rus dil biliyi (şifahi və yazılı) mütləqdir;
  • Güclü ünsiyyət, təşkilatçılıq və koordinasiya bacarığı;
  • Komandada işləmək və eyni zamanda müstəqil qərarvermə bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar, detallara diqqətli və operativ olmaq;
  • Çoxşaxəli iş mühitində işləmək bacarığı.
  • İşində motivasiyalı, öyrənməyə açıq və təşəbbüskar olması arzu olunandır.

İş şəraiti:

  • İş saatları: 09:00 – 18:00;  
  • Nahar fasiləsi: 13:00-14:00;
  • İstirahət günü: Şənbə, Bazar;
  • İş yeri: Bakı şəhəri, Globus Center( baş ofis), vəzifə üzrə iş fəaliyyəti restoranın filiallarında aparılacaq.
  • Nahar şirkət tərəfindən verilir;
  • Əmək haqqı: 900-1000 AZN.

Uyğun namizədlər öz CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

More jobs at Groupone

Jobs at Groupone