Skip to content
GoJob

IT üzrə kiçik mütəxəssis

Group MotorsIT specialist job in Baku

Salary: from 700 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 20, 2026
Apply before
November 19, 2026

Information Technology jobs in Baku

About this job

Group Motors is hiring an IT specialist in Baku. Full-time, salary 700 AZN. Apply directly to the employer.

Vəzifə və öhdəliklər

  • İstifadəçilərin gündəlik texniki müraciətlərinin qəbul edilməsi və operativ həlli (kompüter, proqram təminatı, internet, telefon və s.).
  • Kompüter, noutbuk, monitor, printer, skaner və digər ofis avadanlıqlarının quraşdırılması, qoşulması və texniki dəstəyi.
  • Printerlərin gündəlik texniki xidməti, kartriclərin dəyişdirilməsi və sadə nasazlıqların aradan qaldırılması.
  • İş yerlərində şəbəkə və digər kabellərin qoşulması, dəyişdirilməsi və bağlantı problemlərinin aradan qaldırılması.
  • Windows, Microsoft Office və Microsoft 365 üzrə istifadəçilərə ilkin texniki dəstəyin göstərilməsi.
  • LAN, Wi-Fi, internet və VPN bağlantılarında yaranan problemlərin ilkin diaqnostikası.
  • IP-telefonların qoşulması və sadə texniki nasazlıqlarının aradan qaldırılması.
  • Yeni əməkdaşlar üçün iş yerlərinin hazırlanması: kompüter, domen hesabı, korporativ e-poçt, telefon və tələb olunan proqram təminatı.
  • İT avadanlıqlarının inventar uçotunun aparılması və yenilənməsi.
  • Texniki müraciətlərin ticketing sistemində qeydiyyatı, izlənilməsi və vaxtında həll edilməsi.
  • Zərurət yarandıqda şirkətin müxtəlif obyektlərində yerində texniki dəstəyin göstərilməsi

Bilik və bacarıqlar

  • Windows 10/11 əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və texniki dəstəyi.
  • Microsoft Office və Microsoft 365 tətbiqləri üzrə praktiki biliklər.
  • Active Directory, domen hesabları və Group Policy haqqında ilkin biliklər.
  • Baza şəbəkə bilikləri (TCP/IP, DHCP, DNS, LAN, Wi-Fi, VPN).
  • Printer, skaner, IP-telefon və digər periferik avadanlıqların quraşdırılması və sazlanması.
  • Kompüter avadanlıqlarının əsas komponentləri və sadə hardware problemlərinin aradan qaldırılması.
  • Ticketing sistemləri ilə işləmək bacarığı (Jira, Zendesk və ya analoji sistemlər).
  • Texniki problemlərin diaqnostikası və həlli (troubleshooting).
  • Ünsiyyət, operativlik və komanda ilə işləmək bacarığı.

Namizədə tələblər:

  • Ali və ya orta ixtisas texniki təhsili (arzuolunandır).
  • İT texniki dəstək sahəsində minimum 1 il iş təcrübəsi.
  • Azərbaycan və rus dillərində ünsiyyət bacarığı.
  • İngilis dilində texniki sənədləri oxuyub anlamaq bacarığı.
  • Məsuliyyətlilik, dəqiqlik və istifadəçi yönümlü yanaşma.
  • Sumqayıt, Xırdalan və Masazır ərazisində yaşaması arzuolunandır

Biz təklif edirik:

  • Peşəkar və inkişaf yönümlü iş mühiti
  • Praktiki bilik və bacarıqları inkişaf etdirmək üçün şərait;
  • Karyera inkişafı perspektivi
  • Əmək haqqı: 700-800 AZN

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "IT üzrə kiçik mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

More jobs at Group Motors

Jobs at Group Motors