Keyfiyyətə Nəzarət üzrə mütəxəssis
Tam StoreQuality control specialist job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 27, 2026
- Apply before
- November 26, 2026
- Category
- Manufacturing & Agriculture
About this job
Tam Store is hiring a quality control specialist in Baku. Full-time. Apply directly to the employer.
Əsas vəzifə öhdəlikləri:
- Məhsul və proseslərlə bağlı istehlakçı və daxili şikayətlərin araşdırılması;
- Aşkarlanmış uyğunsuzluqlar üzrə səbəb–nəticə təhlilinin aparılması;
- Şikayət və problemlərin ISO 9001 və ISO 22000 (HACCP) standartlarının tələbləri çərçivəsində qiymətləndirilməsi;
- Araşdırma nəticələrinə əsasən texniki rəy və qısa hesabatların hazırlanması;
- Araşdırma prosesində təchizatçılar, istehsalçılar və daxili bölmələrlə koordinasiyanın təmin edilməsi;
- Təkrarlanan problemlər üzrə profilaktik və qabaqlayıcı tədbirlərin təklif edilməsi;
- Araşdırma materiallarının (fotoşəkillər, qeydlər, sübutlar) sistemli şəkildə sənədləşdirilməsi;
- Planlı aylıq yoxlamaların həyata keçirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- ISO 9001 və ISO 22000 / HACCP standartları üzrə baza biliklər;
- Problemli və şikayət xarakterli hallarla işləmək, analitik düşünmə bacarığı;
- MS Office proqramlarında (xüsusilə Excel və Word) işləmə bacarığı;
- Yazılı hesabatların hazırlanması və nəticələrin aydın, strukturlaşdırılmış şəkildə təqdim edilməsi bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və komanda ilə effektiv işləmə qabiliyyəti.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil(Qida mühəndisliyi, qida təhlükəsizliyi və ya əlaqəli sahə);
- Keyfiyyətə nəzarət və ya araşdırma sahəsində minimum 2 il iş təcrübəsi;
- AQTA-da işləməsi üstünlükdür.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Ərazi.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə Nəzarət üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.