Skip to content
GoJob

Kommersiya direktoru (un məsələri üzrə)

Karat Holdinq MMCKommersiya direktoru job in Baku

Salary: from 1,500 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 11, 2026
Apply before
December 11, 2026

Sales & Retail jobs in Baku

About this job

Karat Holdinq MMC is hiring for the role “Kommersiya direktoru” in Baku. Full-time, salary 1,500 AZN. Apply directly to the employer.

İş şəraiti

  • İş yeri: Yasamal ray.,M.Muxtarov,ev 201
  • İş qrafiki: 5 günlük iş həftəsi, 08:00–17:00
  • Əməkhaqqı: 1500-2000 Azn.

Əsas vəzifə öhdəlikləri

  • Un və un məmulatları (kəpək, yem və s.) üzrə şirkətin ümumi satış strategiyasını hazırlamaq və icrasına nəzarət etmək.
  • Mövcud müştərilərlə (çörək zavodları, şirniyyat sexləri, topdansatış mərkəzləri və pərakəndə şəbəkələr) uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək və yeni müştəri bazası formalaşdırmaq.
  • Bazar araşdırmaları aparmaq, rəqiblərin qiymət siyasətini və tələb-təklif dinamikasını təhlil etmək.
  • Satış komandasının işini təşkil etmək, onlara aylıq və illik hədəflər (KPI) təyin etmək və komandanın peşəkar inkişafını dəstəkləmək.
  • Xammal qiymətləri (taxıl bazarı) və istehsal xərclərini nəzərə alaraq optimal qiymət və endirim siyasətini müəyyən etmək.
  • Debitor borcların (nəğd və köçürmə ödənişlərin) vaxtında yığılmasına nəzarət etmək.
  • İstehsalat və logistika şöbələri ilə sıx əməkdaşlıq edərək sifarişlərin fasiləsiz və vaxtında çatdırılmasını təmin etmək.
  • Rəhbərliyə mütəmadi olaraq satış hesabatları və bazar proqnozları təqdim etmək.

Vəzifə tələbləri

  • Yaş: 30-45
  • İqtisadiyyat, marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil.
  • Kommersiya və ya satış sahəsində minimum 5 il iş təcrübəsi, rəhbər vəzifədə təcrübəyə üstünlük verilir;
  • B2B və topdansatış kanallarını dərindən bilmək, güclü danışıqlar aparmaq və inandırmaq qabiliyyəti.
  • Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı; ingilis və rus dili biliyi üstünlükdür.
  • MS Office proqramları (xüsusilə Excel) və 1C proqramında işləmək bacarığı.
  • Ezamiyyətlərdə iştirak etmək və istehsalat sahəsində yoxlamalar aparmaq imkanı.

Tələb olunan kompetensiyalar

  • Diqqətlilik, ardıcıllıq və nəticəyönümlülük; 
  • Güclü danışıqlar aparmaq və təqdimat bacarıqları;
  • Analitik düşüncə və nəticəyönümlülük;
  • MS Office proqramlarında işləmək bacarığı; 
  • Aydın yazılı hesabat və şifahi təqdimat bacarığı;
  • Məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə riayət;
  • Komandada işləmək və müxtəlif səviyyəli əməkdaşlarla işgüzar ünsiyyət qurmaq bacarığı

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kommersiya direktoru (un məsələri üzrə)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

More jobs at Karat Holdinq MMC

Jobs at Karat Holdinq MMC