Skip to content
GoJob

Kopirayter / Kontent yaradıcısı

Aztelekom MMCContent manager job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 13, 2026
Apply before
December 13, 2026

Marketing & PR jobs in Baku

About this job

Aztelekom MMC is hiring a content manager in Baku. Full-time. Apply directly to the employer.

Təsvir

  • Hədəf auditoriyanın maraqlarına və şirkətin marketinq məqsədlərinə uyğun kontent strategiyalarının hazırlanması və həyata keçirilməsi;
  • Veb-sayt, bloq, sosial media, video və digər rəqəmsal platformalar üçün kreativ və cəlbedici məzmunun hazırlanması;
  • Reklam mətnlərinin və sloqanların yazılması, redaktə edilməsi, həmçinin rus və ingilis dillərinə adaptasiyası;
  • SEO tələblərinə uyğun mətnlərin, bloq yazılarının və digər rəqəmsal məzmunun hazırlanması;
  • Şirkətin veb-saytının mövcud kontentinin təhlil edilməsi və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Kontentin vizual və məzmun baxımından effektivliyini təmin etmək məqsədilə dizayn komandası ilə sıx əməkdaşlıq edilməsi;
  • Rəqiblərin rəqəmsal platformalardakı fəaliyyətinin və kontent strategiyalarının təhlil edilməsi;
  • Kontent təqviminin (Content Calendar) hazırlanması və mütəmadi idarə olunması, məzmunun müvafiq platformalarda vaxtında paylaşılmasının təmin edilməsi;
  • Kontent trendlərinin, auditoriya ehtiyaclarının və yeni texnoloji həllərin izlənilməsi, onların kontent proseslərinə tətbiqi;
  • Hazırlanan məzmunun Azərbaycan dilinin orfoqrafik, qrammatik və üslub normalarına uyğunluğunun təmin edilməsi.

Tələblər

  • Ali təhsil;
  • Kopiraytinq, kontent yaradılması və ya rəqəmsal marketinq sahəsində (korporativ mühitdə və ya reklam agentliyində) minimum 3 il iş təcrübəsi;
  • CMS platformaları ilə işləmək bacarığı;
  • Microsoft Office proqramları və SEO alətləri (Semrush və s.) ilə işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst və yüksək səviyyədə yazı və ünsiyyət bacarığı;
  • İngilis dili – əla, rus dili – yaxşı səviyyədə;
  • Süni intellekt alətlərindən kontent yaradılması və optimallaşdırılması məqsədilə effektiv istifadə bacarığı;
  • Güclü yazılı kommunikasiya, kreativ yanaşma və mətn redaktəsi bacarıqları;
  • Analitik düşünmə, araşdırma və məlumatları təhlil etmə qabiliyyəti;
  • Operativlik, dəqiqlik, məsuliyyətlilik və yüksək icraçılıq bacarığı;
  • Komanda ilə işləmək və müxtəlif funksional istiqamətlərlə effektiv əməkdaşlıq etmək bacarığı;
  • Rəqəmsal texnologiyalar və kontent sahəsində yeniliklərdən xəbərdar olmaq üstünlükdür.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Similar jobs