Skip to content
GoJob

Korporativ kommunikasiya layihələri üzrə mütəxəssis

Kontakt HomeKorporativ kommunikasiya layihələri üzrə mütəxəssis job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
September 29, 2026
Apply before
November 4, 2026

About this job

Kontakt Home is hiring for the role “Korporativ kommunikasiya layihələri üzrə mütəxəssis” in Baku. Full-time. Apply directly to the employer.

  • Şirkətin fəaliyyəti və məhsulları haqqında daxili və xarici kommunikasiya kanalları üçün press-relizlərin, çıxış nitqlərinin, məqalələrin, reklam mətnlərinin, bloq yazılarının və vebsayt məzmunlarının hazırlanması və redaktəsi;
  • Media orqanları, jurnalistlər və digər KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • PR və KSM layihələri üzrə kommunikasiya planlarının hazırlanması, materialların KİV-də və sosial mediada yayımlanmasına nəzarət edilməsi və nəticələrə dair hesabatların hazırlanması;
  • PR və KSM layihələri ilə bağlı foto və video çəkilişlərinin təşkili və idarə edilməsi;
  • PR və KSM layihələrinin büdcələrinin hazırlanmasında iştirak edilməsi, xərclərin və nəticələrin izlənməsi;
  • KİV-də və sosial mediada şirkət haqqında yayımlanan materialların gündəlik monitorinqi və aidiyyəti rəhbər şəxslərin məlumatlandırılması;
  • Brend nüfuzunun formalaşdırılması, qorunması və böhran kommunikasiyasının idarə edilməsində iştirak edilməsi;
  • Mətbuat konfranslarının, brifinqlərin, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin və press-turların təşkili və işıqlandırılması;
  • Əməkdaşlara yönəlmiş layihələr üzrə daxili kommunikasiya planlarının hazırlanması və həyata keçirilməsində iştirak edilməsi;
  • Şirkətin strategiyasına, məqsədlərinə və dəyərlərinə uyğun korporativ kommunikasiya təşəbbüslərinin hazırlanması və həyata keçirilməsi;
  • Şirkətin KSM prioritetlərinə uyğun sosial layihələrin təklif edilməsi, planlaşdırılması və icrasının koordinasiyası;
  • KSM layihələri üçün qeyri-hökumət təşkilatları, icmalar və digər tərəfdaşlarla əlaqələrin qurulması, əməkdaşlıq imkanlarının qiymətləndirilməsi;
  • KSM layihələrinin məqsəd və nəticə göstəricilərinin müəyyən edilməsi, icra nəticələrinin ölçülməsi və hesabatlaşdırılması;
  • Şirkətin məhsul və xidmətlərinin tanıdılması üçün kommunikasiya ideyalarının təklif edilməsi;
  • BTL promo aksiyaların, reklam aksiyalarının, açılış mərasimlərinin, təqdimatların və sosial yönümlü tədbirlərin təşkili, keçirilməsinə nəzarət və nəticələrinin qiymətləndirilməsi;
  • Podratçı şirkətlərlə əlaqələrin qurulması və işlərinin koordinasiyası;
  • Rəhbərlik tərəfindən verilən digər əlaqəli tapşırıqların yerinə yetirilməsi.


İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

More jobs at Kontakt Home

Jobs at Kontakt Home