Kredit mütəxəssisi - aparıcı / baş
International BOKTLoan officer job in Baku
Salary: No salary given
- Location
- Bakı, Nərimanov
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 5, 2026
- Apply before
- December 5, 2026
- Category
- Finance, Banking & Insurance
About this job
International BOKT is hiring a loan officer in Baku (Narimanov district). Full-time. Apply directly to the employer.
BOKT “INTERNATIONAL” ASC Kredit mütəxəssisi - aparıcı / baş vəzifəsinə işçi qəbulu elan edir
Bölgələr: Şimal, Cənub, Aran, Qarabağ və Qərb
Vəzifə öhdəlikləri:
- Müştərilərin kredit müraciətlərini qəbul etmək və ilkin qiymətləndirmə aparmaq;
- Kredit məhsulları barədə müştərilərə ətraflı məlumat vermək;
- Müştərinin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini təhlil etmək;
- Kredit sənədlərinin düzgün və tam şəkildə hazırlanmasını təmin etmək;
- Kredit portfelinə nəzarət etmək;
- Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Kredit ödənişlərinin vaxtında həyata keçirilməsinə nəzarət etmək;
- Şirkətin daxili prosedur və kredit siyasətlərinə riayət etmək.
Namizədə tələblər:
- Ali təhsil və ya orta ixtisas təhsil;
- Bank və ya bank olmayan kredit təşkilatında minimum 1 il iş təcrübəsi;
- Maliyyə və kredit məhsulları haqqında ümumi biliklər;
- Analitik düşünmə və düzgün qərarvermə bacarığı;
- Yüksək ünsiyyət və müştərilərlə işləmək bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı.
Şirkət təklif edir:
- Bonus və motivasiya sistemi;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
E-poçtun mövzu hissəsində müraciət etdikləri bölgə adı qeyd edilməlidir. Məsələn: "Aparıcı/Baş - Kredit mütəxəssisi – Şimal".