Skip to content
GoJob

Layihə Rəhbəri

Crystal GroupProject manager job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 28, 2026
Apply before
November 27, 2026

Human Resources jobs in Baku

About this job

Crystal Group is hiring a project manager in Baku. Full-time. Apply directly to the employer.

İş yeri: Qarabağ bölgəsi, Azərbaycan

İş rejimi: Tam iş günü

Vakansiya haqqında

  • Crystal Group of Companies Qarabağ bölgəsində həyata keçirilən tikinti layihəsinə rəhbərlik etmək üçün peşəkar və təcrübəli Layihə Rəhbəri axtarır.
  • Namizəd tikinti layihəsinin bütün mərhələlərinin planlaşdırılması, təşkili, koordinasiyası və idarə edilməsinə, tikinti-quraşdırma işlərinin təsdiq olunmuş layihə sənədlərinə, texniki tələblərə, keyfiyyət standartlarına və müəyyən edilmiş müddətlərə uyğun icrasına cavabdeh olacaqdır.
  • Bu vəzifə tikinti sahəsində geniş praktiki təcrübəyə, güclü idarəetmə bacarıqlarına və çoxmərtəbəli yaşayış və digər bina tikintisi layihələrinin rəhbərliyində uğurlu iş təcrübəsinə malik mütəxəssislər üçün nəzərdə tutulub.

Əsas vəzifə öhdəlikləri

  • Tikinti layihəsinin başlanğıc mərhələsindən tamamlanmasına qədər bütün proseslərin planlaşdırılmasını, təşkilini və idarə edilməsini təmin etmək;
  • Layihənin təsdiq olunmuş iş qrafikinə, büdcəsinə, texniki şərtlərə və keyfiyyət standartlarına uyğun icrasına rəhbərlik etmək;
  • Tikinti-quraşdırma işlərinin layihə və smeta sənədlərinə, texniki spesifikasiyalara, tikinti norma və qaydalarına uyğun aparılmasına nəzarət etmək;
  • Tikinti sahəsində gündəlik iş proseslərini təşkil etmək, işlərin gedişatını izləmək və müəyyən edilmiş hədəflərə nail olunmasını təmin etmək;
  • Sahə mühəndislərinin, iş icraçılarının, texniki heyətin və digər layihə əməkdaşlarının fəaliyyətini əlaqələndirmək və idarə etmək;
  • Podratçı və subpodratçı təşkilatların fəaliyyətini koordinasiya etmək, görülən işlərin keyfiyyətini və icra müddətlərini nəzarətdə saxlamaq;
  • Layihənin icrası üçün tələb olunan işçi qüvvəsi, texnika, avadanlıq və tikinti materiallarına olan ehtiyacları müəyyənləşdirmək və təminat prosesini əlaqələndirmək;
  • Layihənin icrası zamanı yaranan texniki və təşkilati problemləri operativ şəkildə müəyyən etmək, onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
  • Tikinti işlərinin keyfiyyətinə, görülmüş işlərin həcminə və texniki uyğunluğuna nəzarət etmək;
  • İş qrafikindən kənarlaşmaları, əlavə xərcləri və mümkün riskləri müəyyən etmək, qabaqlayıcı tədbirlər hazırlamaq;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi tələblərinə riayət olunmasını təmin etmək;
  • Sifarişçi, texniki nəzarət, layihələndirmə təşkilatları və digər əlaqəli tərəflərlə işgüzar əməkdaşlığı təmin etmək;
  • Layihənin gedişatı, görülmüş işlərin həcmi, resurslardan istifadə, büdcə və mövcud risklərlə bağlı dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Layihənin müəyyən edilmiş müddətdə, tələb olunan keyfiyyətdə və təsdiq olunmuş büdcə çərçivəsində tamamlanmasını təmin etmək.

Namizədə dair tələblər

  • İnşaat mühəndisliyi və ya müvafiq tikinti-texniki ixtisas üzrə ali təhsil;
  • Tikinti sahəsində minimum 10 il iş təcrübəsi;
  • Layihə Rəhbəri və ya ekvivalent rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi;
  • Çoxmərtəbəli yaşayış binalarının və digər bina tikintisi layihələrinin idarə edilməsində praktiki təcrübə mütləqdir;
  • Böyükhəcmli tikinti layihələrinin planlaşdırılması, təşkili və icrası üzrə bilik və təcrübə;
  • Layihə-smeta sənədlərini, işçi çertyojları, texniki spesifikasiyaları və tikinti norma və qaydalarını yüksək səviyyədə bilmək;
  • Tikinti işlərinin həcmlərinin, iş qrafiklərinin, resurs ehtiyaclarının və layihə büdcəsinin idarə edilməsi üzrə təcrübə;
  • Podratçı və subpodratçılarla işin təşkili və koordinasiyası bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək;
  • Tikinti layihələrinin idarə olunması üzrə proqram və alətlərlə işləmək bacarığı üstünlükdür;
  • Güclü liderlik, təşkilatçılıq, analitik düşünmə və qərarvermə bacarıqları;
  • Yüksək məsuliyyətlilik, operativlik, nəticəyönümlülük və komanda idarəetmə bacarığı;
  • Qarabağ bölgəsində yerləşən layihədə işləməyə hazır olmaq.

Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərmələri xahiş olunur. Mövzu: “Layihə Rəhbəri – Qarabağ”

Qeyd: Layihənin konkret yerləşmə ərazisi ilkin vakansiya elanında konfidensial saxlanılır. Müvafiq məlumat seçimin növbəti mərhələsində namizədlə müzakirə ediləcəkdir.

More jobs at Crystal Group

Jobs at Crystal Group