Skip to content
GoJob

Layihələrin İdarə Olunması üzrə Menecer (PMO Manager)

Merkuri BOKTProject manager job in Baku

Salary: No salary given

Work mode
On-site
Employment type
Full time
Posted
September 30, 2026
Apply before
October 30, 2026

Human Resources jobs in Baku

About this job

Merkuri BOKT is hiring a project manager in Baku (Nasimi district). Full-time. Apply directly to the employer.

“Merkuri” Bank Olmayan Kredit Təşkilatı “Layihələrin İdarə Olunması üzrə Menecer (PMO Manager)” vakansiyası üçün müsabiqəyə dəvət edir.

Vəzifə öhdəlikləri:

  • Layihələrin planlaşdırılması, təşkili və icrasına nəzarət etmək;
  • Layihə üzrə iş qrafiklərini və icra planlarını hazırlamaq;
  • Layihənin vaxtında və müəyyən edilmiş tələblərə uyğun icrasını təmin etmək;
  • Komanda üzvləri arasında iş bölgüsü aparmaq və onların fəaliyyətini koordinasiya etmək;
  • Müştəri, tərəfdaş və digər əlaqəli şəxslərlə kommunikasiya aparmaq;
  • Layihə üzrə sənədləşmə və hesabatların hazırlanmasını təmin etmək;
  • Layihənin büdcəsinə və resurslarına nəzarət etmək;
  • Yaranan problemləri operativ şəkildə müəyyənləşdirmək və həll yolları təklif etmək;
  • Layihənin nəticələri üzrə yekun hesabatların hazırlanmasında iştirak etmək.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Layihələrin idarə olunması sahəsində iş təcrübəsi;
  • Planlaşdırma, təşkilatçılıq və koordinasiya bacarığı;
  • Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel və Word-də yaxşı işləmək bacarığı;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü yanaşma;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı.
  • Agile və Waterfall metodologiyaları üzrə bilik
  • Liderlik, analitik düşüncə və effektiv ünsiyyət bacarıqları

Hazır cv formalarınızı Mövzu/Subject bölməsinə “PMO Manager” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

More jobs at Merkuri BOKT

Jobs at Merkuri BOKT