Su və Kanalizasiya təchizatı üzrə layihəçi mühəndis
North WestDesign engineer job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- August 31, 2026
- Apply before
- September 30, 2026
- Category
- Engineering
About this job
North West is hiring a design engineer in Baku. Full-time. Apply directly to the employer.
Vəzifə Öhdəlikləri
- Daxili və xarici su təchizatı, kanalizasiya, yağış suyu və drenaj şəbəkələrinin layihələndirilməsinə rəhbərlik etmək və layihələri təsdiqləmək.
- Binadaxili və sahədaxili avtomatik yanğınsöndürmə sistemlərinin layihələndirilməsini idarə etmək.
- Su, kanalizasiya və drenaj şəbəkələri üzrə hidravlik hesablamaların aparılmasını və yoxlanılmasını təmin etmək.
- Su anbarları, nasosxanalar və mühəndis-kommunikasiya qovşaqlarının texniki həllərini hazırlamaq.
- Mühəndis-kommunikasiya xətlərinin trasslarının seçilməsi və digər bölmələrlə (memarlıq, konstruksiya, elektrik) koordinasiyasını həyata keçirmək.
- Layihələrin SNiP, SP, AzDTN və digər müvafiq normativ sənədlərə uyğun hazırlanmasına nəzarət etmək.
- Dövlət qurumları və sifarişçilərlə layihələrin razılaşdırılması prosesində iştirak etmək.
- Tikinti mərhələsində layihə müəllif nəzarətini həyata keçirmək.
- Komanda üzvlərinin işinə texniki rəhbərlik etmək, layihə sənədlərinin yekun keyfiyyətinə cavabdeh olmaq.
Tələblər
- AutoCAD və REVİT proqramlarında sərbəst işləmə bacarığı;
- texniki sənədlərin hazırlanması üçün Word və Excel.
- Su-kanalizasiya və yanğınsöndürmə sistemləri üzrə hidravlik hesablamalar üzrə dərin bilik.
- SNiP, SP, AzDTN və digər normativ bazaya yüksək səviyyədə bələdlik.
- Komanda idarəetmə, koordinasiya və layihə nəzarəti bacarıqları.
- Azərbaycan və rus dillərində texniki sənədləşmə ilə işləmə bacarığı.
- Su təchizatı və mühəndis-kommunikasiya sistemləri (və ya su təsərrüfatı) üzrə ali texniki təhsil.
- Sahə üzrə minimum 7–10 il layihələndirmə təcrübəsi, o cümlədən mürəkkəb və xüsusi təyinatlı obyektlərdə.
- Yaşayış binaları, məktəb və bağçalar, nasosxanalar, hərbi və strateji obyektlər üzrə layihə təcrübəsi üstünlükdür.
Vəzifənin Qısa Təsviri:
- Yaşayış, qeyri-yaşayış, strateji və xüsusi təyinatlı obyektlərin su təchizatı, kanalizasiya, yağış-drenaj və yanğınsöndürmə sistemlərinin layihələndirilməsinə rəhbərlik etmək; layihələrin qüvvədə olan normativ sənədlərə uyğunluğunu və texniki keyfiyyətini təmin etmək.
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Su və Kanalizasiya təchizatı üzrə layihəçi mühəndis” başlığı ilə göndərməklə edə bilərsiniz.