Lizinq üzrə mütəxəssis
Prior LeasingLeasing specialist job in Baku
Salary: No salary given
- Location
- Bakı, Nərimanov
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- May 14, 2026
- Apply before
- June 14, 2026
- Category
- Finance & Banking
About this job
Prior Leasing is hiring a leasing specialist in Baku (Narimanov district). Full-time. Apply directly to the employer.
Namizədə tələblər
- İqtisadiyyat, maliyyə, bank işi və ya müvafiq sahə üzrə ali təhsil
- Müvafiq sahədə 2 il iş təcrübəsi
- Microsoft Office proqramlarında işləmək bacarığı
- Güclü ünsiyyət və müştərilərlə işləmək bacarığı
- Operativlik, məsuliyyətlilik və komandada işləmək bacarığı
- Şəffaflıq və məxfilik qaydalarına riayət etmək.
Əsas vəzifə öhdəlikləri
- Şirkətin lizinq məhsul və xidmətlərinin müştərilərə təqdim edilməsi, satış prosesinin təşkili və satış hədəflərinin yerinə yetirilməsi
- Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi, müraciət və şikayətlərin operativ cavablandırılması, satış sonrası dəstəyin göstərilməsi
- Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması, təkrar satış imkanlarının araşdırılması və CRM sistemində müvafiq qeydlərin aparılması
- Lizinq müqavilələrinin hazırlanması və rəsmiləşdirilməsi, müştəri sənədlərinin daxili prosedurlara uyğun tərtib və göndərilməsinin təmin edilməsi
- Təhkim olunmuş lizinq portfelinin monitorinqi, gecikmələrin izlənilməsi və riskli halların rəhbərliyə bildirilməsi
- Satış nəticələri, müştəri portfeli və monitorinq üzrə hesabatların hazırlanması və vaxtında təqdim edilməsi
- Bazar araşdırmalarının aparılması, yeni satış imkanlarının müəyyən edilməsi və marketinq tədbirlərində iştirak
- Texnikaların təhvil-təslim və buraxılış proseslərinin təşkili, Müştəri sənədləri hazırlanması və sənədlərin sistemə yüklənməsi
- Daxili prosedurlara riayət edilməsi, filialın gündəlik əməliyyatları üzrə tapşırıqların icrası və zərurət olduqda yeni əməkdaşlara dəstək göstərilməsi.
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 iş günü.
- İş yeri: Çinar Park Biznes Mərkəzi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində Lizinq mütəxəssisi qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2640&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.