Usta - mexanik
Azinko DevelopmentMechanic job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 6, 2026
- Apply before
- November 5, 2026
- Category
- Engineering
About this job
Azinko Development is hiring a mechanic in Baku. Full-time. Apply directly to the employer.
Struktur: Texniki şöbə
İşəgötürən: “Azinko Development” MMC
Ünvan: Bakı şəhəri, Flame Towers
Tələblər:
- Orta texniki və ya peşə təhsili (mexanika, istilik-soyutma, santexnika və ya əlaqəli sahələr üzrə);
- Minimum 2-3 il yaşayış və ya kommersiya obyektlərində mexaniki sistemlər üzrə təcrübə;
- HVAC, nasos, məişət suyu və kanalizasiya sistemləri üzrə praktiki bilik və bacarıq;
- Sadə texniki sənədləri və sxemləri başa düşmək və tətbiq etmək qabiliyyəti;
- Praktiki təmir, diaqnostika və nasazlıq aradan qaldırma bacarığı;
- Fəal, məsuliyyətli, komanda ilə işləmək bacarığı;
- Dəqiq və operativ yanaşma bacarığı.
Vəzifə öhdəlikləri:
- Kompleksdəki isitmə-soyutma (HVAC), ventilyasiya, nasos, məişət suyu və kanalizasiya sistemlərinin gündəlik texniki xidməti və təmiri;
- Qazanxana, soyuq hava generatorları (chillerlər), hava emal qurğuları (AHU) və digər mexaniki avadanlıqların müntəzəm baxışı və təmiri;
- Otel, yaşayış və biznes sahələrində texniki nasazlıqların vaxtında aradan qaldırılması;
- Sistemlərin işlək vəziyyətdə saxlanılması və planlı təmir işlərinin həyata keçirilməsi;
- Sadə texniki sxemləri oxumaq və tətbiq etmək;
- Mühəndis heyətinin göstərişlərinə uyğun işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Texniki təhlükəsizlik qaydalarına riayət etmək.
- Yarana biləcək hər hansı təhlükə barədə rəhbərliyə məlumat vermək;
- Rəhbərlik tərəfindən verilən təlimatları zamanında və əksiksiz yerinə yetirmək;
Təminatlar:
- Şirkət tərəfindən qidalanma ilə təmin edilir;
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Usta-mexanik” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.