Skip to content
GoJob

Mexanika mühəndisi

Aqualink MMCMechanical engineer job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 26, 2026
Apply before
November 25, 2026

Engineering & Technical jobs in Baku

About this job

Aqualink MMC is hiring a mechanical engineer in Baku. Full-time. Apply directly to the employer.

Vəzifə öhdəlikləri:

  • Müəssisədə istifadə olunan mexaniki avadanlıqların fasiləsiz və təhlükəsiz işini təmin edir.
  • Mexaniki avadanlıqlarda yaranan nasazlıqları müəyyən edir, səbəblərini araşdırır və aradan qaldırılması üçün tədbirlər görür.
  • Mexaniki avadanlıqların texniki vəziyyətinə, istismar qaydalarına və iş göstəricilərinə nəzarət edir.
  • Mexaniki qurğuların quraşdırılması, sazlanması, sınaqdan keçirilməsi və istismara verilməsi işlərinə nəzarət edir.
  • Mexaniki avadanlıqların təmiri və texniki xidməti üzrə texniki sənədləri, hesabatları və aktları hazırlayır.
  • Avadanlıqların ehtiyat hissələrinə, texniki materiallara və alətlərə olan tələbatı müəyyən edir.
  • Texniki çertyojları, mexaniki sxemləri və avadanlıqların istismar sənədlərini oxuyur və tətbiq edir.
  • Mexaniki avadanlıqların aşınma, vibrasiya, səs-küy və digər texniki problemlərini müəyyən edir və müvafiq tədbirlər görür.
  • Mexaniki sistemlərin təmiri və texniki xidməti zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasını təmin edir.
  • Görülmüş təmir və texniki xidmət işlərinin keyfiyyətinə, müddətinə və texniki tələblərə uyğunluğuna nəzarət edir.
  • Mexaniki avadanlıqların etibarlılığının artırılması, nasazlıqların azaldılması və istismar müddətinin uzadılması üçün texniki tədbirlər hazırlayır və həyata keçirir.

Tələblər:

  • Təhsil: Ali ( Mexanika mühəndisliyi, Maşınqayırma mühəndisliyi, Sənaye mühəndisliyi (bakalavr/magistr))
  • İş təcrübəsi: 5 il sahə üzrə iş təcrübəsi (Tikinti, sənaye və ya infrastruktur sektorunda təcrübə üstünlükdür)
  • Müvafiq sahə üzrə texniki biliklər: Mexanika mühəndisliyi üzrə normativ və texniki sənədləri;
  • Mexaniki avadanlıqların quruluşunu və iş prinsiplərini;
  • Hidravlik və pnevmatik sistemləri; 
  • Texniki xidmət və təmir metodlarını;
  • Avadanlıqların diaqnostikası və nasazlıqların təhlili üsullarını;
  • Əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi qaydalarını;
  • AutoCAD, SolidWorks, Inventor, MS Office və digər müvafiq proqram təminatlarını.
  • Kompüter bilikləri: Excell (yüksək səviyyədə), PrimaveraP6, MS Project, AutoCAD, MS Office
  • Əlavə: Problemlərin həlli və çeviklik, Komandada işləmə bacarığı, Prioritetləşdirmə və kritik düşüncə

İş qrafiki: 5 günlük ( 09:00-18:00)

Əmək haqqı: Müsahibə əsasında / qarşılıqlı razılaşma yolu ilə     

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

More jobs at Aqualink MMC

Jobs at Aqualink MMC