Skip to content
GoJob

Aparıcı Mühasib

BAA CONSULTİNGAccountant job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
September 14, 2026
Apply before
October 14, 2026

Accounting & Audit jobs in Baku

About this job

BAA CONSULTİNG is hiring an accountant in Baku. Full-time. Apply directly to the employer.

Diqqət!!! Consulting sahəsində işləmə bacarığına, analitik düsüncəyə malik  və özünə güvənən namizəd axtarılır

İş barədə məlumat

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Vergi və maliyyə uçotunun aparılması;
  • New-e-taxes, E-gov.az  və digər portallardan istifadə etmə bacarığı; 
  • Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq;
  • Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması və ödənilməsi;
  • Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması, bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması
  • Vergi ödəyicilərinin dövriyyələrinin izlənilməsi, xüsusilə ƏDV dövriyyəsinə nəzarət edilməsi;
  • Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi;
  • Mühasibat uçotu və vergitutma ilə bağlı digər vəzifələrin icrası

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək;
  • İstirahət: Şənbə və Bazar günləri;
  • Əmək haqqı: Razılaşma yolu ilə

Tələblər

  • Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Müvafiq sahədə minimum 3 (üç) il iş təcrübəsi; 
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
  • Office proqramlarında, əsasən EXCEL və WORD proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
  • 1C 8.3 mühasibat proqramında işləməyi bacarmalıdır;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (ingilis və/və ya rus dili bilikləri üstünlük sayılır);

Elanı diqqətlə oxuyub CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

More jobs at BAA CONSULTİNG

Jobs at BAA CONSULTİNG