Mühasib
Pro TeamAccountant job in Baku
Salary: from 500 ₼ / month
- Location
- Bakı, Nərimanov
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 27, 2026
- Apply before
- November 26, 2026
- Category
- Finance & Banking
About this job
Pro Team is hiring an accountant in Baku (Narimanov district). Full-time, salary 500 AZN. Apply directly to the employer.
Vəzifə öhdəlikləri:
- Müəssisənin mühasibat, vergi və maliyyə uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tam, dəqiq və şəffaf şəkildə aparılması;
- Elektron Vergi İdarəsi (new.e--taxes.gov.az) portalında sərbəst və operativ işləmə (e-qaimə fakturaların yazılması
- İnternet və Mobil Bankçılıq sistemləri vasitəsilə yerli və beynəlxalq köçürmələrin, əməkhaqqı layihələrinin, vergi və digər dövlət rüsumlarının ödənişlərinin həyata keçirilməsi; ölkə xarici ödənişlərin icrası.
- Müəssisədaxili ilkin mühasibat sənədlərinin (aktlar, hesab-fakturalar, avans hesabatları, kassa və bank sənədləri) tərtibi, yoxlanılması və arxivləşdirilməsi işinin təşkili.
Namizədə tələblər:
- Təhsil: Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat sahəsində ali təhsil;
- Qanunvericilik biliyi: Azərbaycan Respublikası Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotuna dair qüvvədə olan normativ-hüquqi aktları mənimsəmək, qanunvericilikdəki dəyişiklikləri davamlı olaraq izləmək və praktikada tətbiq etmək bacarığı;
- Ofis proqramları: MS Office paketini, xüsusilə MS Excel proqramını operativ və yüksək səviyyədə (mürəkkəb düsturlar, hesabat cədvəllərinin qurulması) bilmək;
- Analitik düşünmə, detallara qarşı diqqətli olma, rəqəmlərlə işləmək və yaranan problemləri təmkinlə həll etmək bacarığı;
- Müvafiq sahədə ən azı 2 il davamlı iş təcrübəsi.
- İşə qəbul prosesi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, tam rəsmi şəkildə icra ediləcəkdir.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 6 gün
- Əməkhaqqı: 500-700 AZN (Bilik və bacarıqlara əsasən müsahibə zamanı dəqiqləşdiriləcəkdir)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.