Anbar Mühasibi
GFC MMCAccountant job in Baku
Salary: from 900 ₼ / month
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 6, 2026
- Apply before
- December 6, 2026
- Category
- Accounting & Audit
About this job
GFC MMC is hiring an accountant in Baku. Full-time, salary 900 AZN. Apply directly to the employer.
İşəgötürən: “GFC” MMC – KFC, Pizza Hut və Simit Sarayı restoranları şəbəkəsi
Namizədə aid tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Müvafiq vəzifə üzrə minimum 1 il iş təcrübəsi;
- Anbar uçotu, mal-materialların hərəkəti və qaimələrlə iş üzrə bilik və praktiki bacarıqlar;
- iiko proqramı ilə işləmə bacarığı;
- MS Excel və MS Outlook proqramlarında işləmə bacarığı;
- Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyətlilik;
- Komanda ilə işləmək və operativ ünsiyyət qurmaq bacarığı.
Əsas vəzifə öhdəlikləri:
- Anbardan filiallara göndərilən mallar üzrə qaimələrin faktiki qəbul məlumatları ilə müqayisə edilməsi və yaranan fərqlərin müəyyənləşdirilməsi;
- Filiallardan daxil olan mal qəbulu məlumatlarının yoxlanılması və sistemdəki məlumatlarla müqayisə edilməsi;
- Qaimə ilə faktiki qəbul arasında yaranan fərqlərin aidiyyəti şəxslərlə (anbar, sürücü və filial əməkdaşları) dəqiqləşdirilməsi, səbəblərinin araşdırılması və nəticəyə uyğun tədbirlərin görülməsi;
- Məhsulların anbara mədaxil və məxaric əməliyyatlarının izlənilməsi və uçotunun aparılması;
- Çatışmayan, zədələnmiş və geri qaytarılan mallar üzrə müvafiq sənədlərin yoxlanılması və sistem məlumatları ilə müqayisə edilməsi;
- Uyğunsuzluqların araşdırılması nəticəsinə əsasən iiko proqramında müvafiq düzəlişlərin aparılması və sənədləşdirilməsi;
- Anbar və filiallar arasında mal-material hərəkəti üzrə məlumatların düzgünlüyünün yoxlanılması;
- Mal-material hərəkəti üzrə sənədlərin düzgün rəsmiləşdirilməsinə və məlumatların sistemdə vaxtında əks etdirilməsinə nəzarət edilməsi;
- Açıq qaimələrin izlənilməsi, gecikmələrin müəyyənləşdirilməsi və vaxtında yekunlaşdırılmasının təmin edilməsi;
- Anbar qalıqlarına nəzarət edilməsi və dövri inventarizasiya prosesində iştirak edilməsi;
- Stok qalıqları və mal-material hərəkəti üzrə dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Təkrarlanan uyğunsuzluqların səbəblərinin müəyyənləşdirilməsi və onların qarşısının alınması ilə bağlı rəhbərliyə təkliflərin verilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 6 günlük iş rejimi;
- İş yeri: Xırdalan
- Əmək haqqı: 900 AZN
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Anbar Mühasibi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.