Mühasib (Satış əməliyyatlarının uçotu üzrə)
Landau Education GroupAccountant job in Baku
Salary: No salary given
- Location
- Bakı, Səbail
- Work mode
- On-site
- Employment type
- Volunteer
- Posted
- November 16, 2026
- Views
- 660
- Applications
- 34
- Apply before
- December 16, 2026
- Category
- Accounting & Audit
About this job
Landau Education Group is hiring an accountant in Baku (Sabail district). Volunteer. Apply directly to the employer.
Təsvir
- 1C proqramında satış və müştəri ödənişləri üzrə əməliyyatların düzgün uçotunun aparılması və müvafiq mühasibat müxabirləşmələrinin verilməsi;
- Bank hesabları üzrə pul vəsaitlərinin hərəkətinə nəzarət edilməsi, daxilolma və köçürmələrin izlənilməsi və üzləşdirilməsi;
- Debitor borclarının mütəmadi izlənilməsi, təhlil edilməsi və vaxtında ödənilməsinin təmin olunması;
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin səmərəli təşkilinə və idarə olunmasına dəstək göstərilməsi;
- Mühasibat və maliyyə əməliyyatlarında hesablama texnikasının və müasir informasiya texnologiyalarının geniş tətbiqinin təmin edilməsi;
- İş prosesində yaranan maliyyə məsələlərinin araşdırılması, təhlili və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi;
- Maliyyə və mühasibat uçotu ilə bağlı risklərin və uyğunsuzluqların vaxtında müəyyən edilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsi;
- Müəyyən edilmiş vəzifə və tapşırıqların vaxtında və doğru şəkildə yerinə yetirilməsi məqsədilə digər struktur bölmələri ilə qarşılıqlı əməkdaşlığın qurulması;
- Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqların müəyyən edilmiş müddətlərdə, dəqiq və keyfiyyətlə icra edilməsi;
- Maliyyə və mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi, sistemləşdirilməsi və müvafiq qaydada saxlanılmasının təmin edilməsi;
- Satış, ödəniş və debitor borcları üzrə müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər
- Maliyyə, mühasibatllıq sahəsi üzrə Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- 1C Mühasibat uçotu konfiqurasiyasında işləmə bacarıqları;
- MS Office, xüsusilə Excel proqramı üzrə peşakar biliklər;
- ACCA F3 sertifikatı arzuolunandır;
- İngilis dili biliyi arzuolunandır;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl (servis xidməti mövcuddur);
- Könüllü tibbi sığorta;
- Həyat yığım sığortası;
- Uşaqlara məktəb endirimləri;
- Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
- Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.